
"Liverpul" klubu təcili iclas keçirib: Arne Slotun taleyi həll olunur
"Mançester Siti"yə qarşı İngiltərə Kubokunun 1/4 finalında qeydə alınan sarsıdıcı məğlubiyyətdən (0:4) sonra "Liverpul" rəhbərliyi təcili olaraq bir araya gəlib.
"Mançester Siti"yə qarşı İngiltərə Kubokunun 1/4 finalında qeydə alınan sarsıdıcı məğlubiyyətdən (0:4) sonra "Liverpul" rəhbərliyi təcili olaraq bir araya gəlib.
Gundem.today "Sky Sports" istinadən xəbər verir ki, iclasın əsas müzakirə mövzusu komandanın baş məşqçisi Arne Slotun gələcək taleyi olub.
"Liverpul" rəhbərliyi düşünür ki, klub mütləq şəkildə Çempionlar Liqasına vəsiqə qazanmalıdır, əks halda Arne Slot işini itirəcək.
Şənbə günü baş tutan matç "Liverpul"un cari mövsümdəki 15-ci məğlubiyyəti kimi tarixə düşüb. 2015-ci ildən bəri qeydə alınan ən ağır bu məğlubiyyət baş məşqçinin üzərində ciddi təzyiq yaradıb.
Xatırladaq ki, Slot 2024-cü ildə "Liverpul"un "sükanı arxasına" keçib və komanda ilə 2024/2025 mövsümündə İngiltərə Premyer Liqasının qalibi olub.
Hazırkı vəziyyətə görə "Liverpul" İngiltərə çempionatının turnir cədvəlində 49 xalla beşinci pillədə qərarlaşıb. Bununla yanaşı, "qırmızılar" Çempionlar Liqasının 1/4 final mərhələsində də çıxışlarını davam etdirirlər.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İdman"Real Madrid"də zədə böhranına görə Xabi Alonso günahlandırılır
"Real Madrid" klubunda belə hesab edirlər ki, bu mövsüm futbolçuların kütləvi şəkildə zədələnməsi keçmiş baş məşqçi Xabi Alonsonun rəhbərliyi dövründə hazırlıq prosesinin qeyri-peşəkar və keyfiyyətsiz planlaşdırılmasının birbaşa nəticəsidir.
İdman"Arsenal" rəhbərliyi Mikel Artetanın qarşısına şərt qoydu
"Arsenal" klubunun rəhbərliyi komandanın baş məşqçisi Mikel Artetanın qarşısına qəti və həlledici şərt qoyub.
İdmanAfrika futbolunda qəribə hadisə: Yığmanın yeddi üzvü yarışdan sonra itkin düşdü
Eritreya milli futbol komandasının yeddi oyunçusu Cənubi Afrikada Esvatini yığmasına qarşı keçirilən səfər matçından sonra müəmmalı şəkildə itkin düşüb.
İdmanÇempion məşqçi yenidən İtaliya millisinin sükanı arxasına keçir - FOTO
İtaliyanın "Napoli" futbol klubunun prezidenti Aurelio De Laurentis baş məşqçi Antonio Kontenin yenidən milli komandanın sükanı arxasına keçməsi ehtimalına qarşı çıxmayacaq.