
Afrika futbolunda qəribə hadisə: Yığmanın yeddi üzvü yarışdan sonra itkin düşdü
Eritreya milli futbol komandasının yeddi oyunçusu Cənubi Afrikada Esvatini yığmasına qarşı keçirilən səfər matçından sonra müəmmalı şəkildə itkin düşüb.
Eritreya milli futbol komandasının yeddi oyunçusu Cənubi Afrikada Esvatini yığmasına qarşı keçirilən səfər matçından sonra müəmmalı şəkildə itkin düşüb.
Gundem.today xəbər verir ki, bu qeyri-adi hadisə barədə tanınmış jurnalist Romen Molina özünün "X" sosial şəbəkə hesabında məlumat yayıb.
Xatırladaq ki, 2027-ci il Afrika Millətlər Kubokunun təsnifat mərhələsi çərçivəsində martın 31-də baş tutan bu cavab qarşılaşması Eritreya yığmasının 2:1 hesablı qələbəsi ilə yekunlaşmışdı.
Qeyd edək ki, Eritreya millisi 2019-cu ilin dekabr ayından bəri yoldaşlıq görüşləri də daxil olmaqla heç bir rəsmi matçda iştirak etməyib və məhz bu səbəbdən Beynəlxalq Futbol Federasiyasının (FIFA) reytinq siyahısından kənarlaşdırılıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İdmanRəhim Həsənov təsdiqlədi: Əliyar Ağayev "Turan Tovuz"un iki penaltisini verməyib - VİDEO
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk matçlarında yaşanan mübahisəli hakim qərarlarına aydınlıq gətirib.
İdmanNəriman Axundzadə meydana niyə gec buraxıldı? - Baş məşqçidən AÇIQLAMA
MLS-də mübarizə aparan "Kolambus Kryu" klubunun baş məşqçisi Henrik Ridström "Atlanta Yunayted" üzərində qazanılan inamlı qələbədən sonra azərbaycanlı futbolçu Nəriman Axundzadə haqqında diqqətçəkən açıqlamalar verib.
İdman"Real Madrid"də zədə böhranına görə Xabi Alonso günahlandırılır
"Real Madrid" klubunda belə hesab edirlər ki, bu mövsüm futbolçuların kütləvi şəkildə zədələnməsi keçmiş baş məşqçi Xabi Alonsonun rəhbərliyi dövründə hazırlıq prosesinin qeyri-peşəkar və keyfiyyətsiz planlaşdırılmasının birbaşa nəticəsidir.
İdman"Arsenal" rəhbərliyi Mikel Artetanın qarşısına şərt qoydu
"Arsenal" klubunun rəhbərliyi komandanın baş məşqçisi Mikel Artetanın qarşısına qəti və həlledici şərt qoyub.