
"Liverpul"da böyük təmizlik: Salah da daxil olmaqla doqquz futbolçu yola salınır
İngiltərənin köklü klublarından olan "Liverpul" qarşıdan gələn yay transfer pəncərəsində heyətində əsaslı təmizliyə hazırlaşır.
İngiltərənin köklü klublarından olan "Liverpul" qarşıdan gələn yay transfer pəncərəsində heyətində əsaslı təmizliyə hazırlaşır.
Gundem.today xəbər verir ki, klub doqquz futbolçusu ilə yollarını ayırmağı planlaşdırır.
Belə ki, artıq cari mövsümün yekununda Mersisayd təmsilçisinin əsas ulduzları hesab olunan Məhəmməd Salah və Endryu Robertsonla qəti şəkildə vidalaşacağı məlum olub.
Yayda müqavilə müddəti başa çatan Kalvin Remzi və Ris Uilyams da klubu tərk edənlər siyahısında yer alıb. Bununla yanaşı, rəhbərliyin Co Qomes, Aleksis Makallister, Harvi Elliott, Kertis Cons və Federiko Kyeza ilə də əməkdaşlığa nöqtə qoyacağı gözlənilir.
Qeyd edək ki, komandadakı bu kütləvi dəyişikliklər fonunda "Liverpul"un baş məşqçisi Arne Slotun da klubdakı gələcək taleyi böyük sual altındadır.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İdmanPremyer Liqa: "Turan Tovuz" "Araz-Naxçıvan"la oyunda vacib qələbə qazandı
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVIII tura start verilib.
İdmanQurban Qurbanov Elvin Cəfərquliyevi də əsas komandadan uzaqlaşdırdı
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Elvin Cəfərquliyevi də əsas heyətdən uzaqlaşdırıb.
İdmanUlduz müdafiəçinin "Real Madrid" karyerası başa çatır - FOTO
"Real Madrid" klubunun ulduz müdafiəçisi David Alabanın mövsümün sonunda İspaniya nəhəngi ilə yollarını tamamilə ayıracağı dəqiqləşib.
İdmanHidayət Heydərov Avropa çempionatında İKİNCİ OLDU
Hidayət Heydərov Gürcüstanın paytaxtı Tbilisidə təşkil olunan Avropa çempionatında ölkəmizin aktivinə gümüş medal yazdırıb.