
"Liverpul"da ciddi itki: Məhəmməd Salah mövsümü yarımçıq başa vurdu
"Liverpul"un ulduz futbolçusu Məhəmməd Salah İngiltərə Premyer Liqasında "Kristal Pelas"la oyunda (3:1) ciddi zədə alması səbəbindən mövsümü yarımçıq başa vurub.
"Liverpul"un ulduz futbolçusu Məhəmməd Salah İngiltərə Premyer Liqasında "Kristal Pelas"la oyunda (3:1) ciddi zədə alması səbəbindən mövsümü yarımçıq başa vurub.
Gundem.today xəbər verir ki, bu barədə Misir millisinin direktoru İbrahim Həsən "Reuters"ə açıqlamasında bildirib.
Onun sözlərinə görə, 33 yaşlı futbolçuya dizaltı vətərin qopması diaqnozu qoyulub və sağalma üçün təxminən dörd həftə vaxt tələb olunacaq.
Bununla yanaşı, Salahın futbol üzrə dünya çempionatına (DÇ-2026) qədər yaşıl meydanlara dönəcəyi gözlənilir.
Ulduz futbolçunun lideri olduğu Misir yığması DÇ-2026-nın qrup mərhələsində Belçika, Yeni Zelandiya və İranla mübarizə aparacaq.
Qeyd edək ki, DÇ-2026-da ilk dəfə 48 komanda iştirak edəcək. Turnir iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İdman"Qalatasaray"da derbidə qələbəyə görə fantastik mükafat
İstanbul derbisində "Fənərbağça"nı darmadağın edən (3:0) "Qalatasaray" klubuna 5 milyon avro mükafat veriləcək.
İdmanZubir bu yay "Qarabağ"ı TƏRK EDİR?
Bir müddət əvvəl Fransanın məşhur "L'Équipe" nəşri "Qarabağ"ın futbolçusu Abdullah Zubirin mövsümün sonunda komandadan ayrıla biləcəyinə dair iddia irəli sürmüşdü. Bildirilirdi ki, 34 yaşlı vinger artıq Qətərin "Al-Şahaniya" klubu ilə müqavilə şərtlərini razılaşdırıb.
İdman"Real Madrid" Mbappeni "itirdi"
"Real Madrid"in gənc ulduzu Kilian Mbappe zədə səbəbindən mövsümünün sonuna qədər yaşıl meydanlardan kənarda qalacaq.
İdmanMəşhur avtomobil yarışında 27 maşın toqquşdu - VİDEO
ABŞ-nin Alabama ştatında NASCAR yarışında avtomobillərin zəncirvari toqquşması baş verib.