
"Hizbullah" İsraillə birbaşa danışıqlardan və tərksilahdan imtina etdi
"Hizbullah" İsraillə birbaşa danışıqlar ehtimalını tamamilə rədd edir və tərk-silah məsələsini müzakirə etmək niyyətində deyil.
"Hizbullah" İsraillə birbaşa danışıqlar ehtimalını tamamilə rədd edir və tərk-silah məsələsini müzakirə etmək niyyətində deyil.
Gundem.today xəbər verir ki, bu barədə təşkilatının baş katibi Naim Qasim bəyan edib. Bəyanat "Hizbullah"ın rəsmi "Telegram" kanalında məlumat yayılıb.
"Biz birbaşa danışıqları qətiyyətlə rədd edirik. Hakimiyyət anlamalıdır ki, onların atdığı addımlar Livana heç bir xeyir gətirməyəcək", - deyə Naim Qasim bildirib.
Bəyanatda həll yolunun 5 bəndi açıqlanıb:
- quruda, dənizdə və havada təcavüzün dayandırılması;
- İsrailin işğal olunmuş ərazilərdən çıxarılması;
- əsirlərin azad edilməsi;
- sakinlərin öz kəndlərinə qayıtması və bərpa prosesi;
- yenidənqurma işləri.
Öz müraciətində Naim Qasim Livan rəhbərliyini hazırkı siyasi xətti, o cümlədən dolayısı ilə danışıqlar formatına qayıtmağı və müqavimətin kriminallaşdırılmasına yönəlmiş qərarlardan imtina etməyi yenidən nəzərdən keçirməyə çağırıb.
"Hazırkı hökumət Livanın hüquqlarından imtina edərsə, idarəetməni davam etdirə bilməz. O, xalqa üz tutmalı və milli razılıq əsasında fəaliyyət göstərməlidir. Əsas problem təcavüzdür, müqavimət isə səbəb yox, buna reaksiyadır. Müqavimətin silahı müdafiə xarakteri daşıyır və mövcudluğu qorumağa yönəlib. Biz silahdan və müdafiədən imtina etməyəcəyik. Biz müqaviməti davam etdirəcəyik. Yalnız iki yol var: azadlıq və ləyaqət, ya da işğal və alçalma", - deyə baş katib qeyd edib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaBöyük Britaniyada fövqəladə iclas keçiriləcək
Böyük Britaniyanın Baş naziri Kir Starmer İrandakı müharibənin krallıqda yaratdığı iqtisadi təsirləri ilə bağlı aprelin 28-də "Kobra" fövqəladə hökumət komitəsinin iclasını keçirəcək.
DünyaMalidə matəm elan edildi
Mali hakimiyyəti ölkənin müdafiə naziri Sadio Kamaranın terroristlərin hücumları nəticəsində həlak olmasından sonra ikigünlük matəm elan edib.
DünyaTramp miqrantların kabusuna çevrilən qurumun adını "Gözəl" qoymaq istəyir
Donald Tramp ICE (İmmiqrasiya və Gömrük Mühafizəsi) xidmətinin adının daha "müsbət" səslənən adla dəyişdirilməsinə tərəfdar çıxıb.
DünyaPolşada milyonlarla saxta avro hazırlayan böyük şəbəkə ifşa olundu - FOTO
Polşada 360 milyon avro dəyərində saxta banknotların istehsalının qarşısı alınıb.