
Lyayenin Türkiyə haqqında açıqlaması Avropanı qarışdırdı - Ankara izahat tələb etdi
Avropa Komissiyası (AK) qurumun sədri Ursula fon der Lyayenin Türkiyə haqqında etdiyi mübahisəli çıxışına görə vəziyyətdən çıxış yolu axtarır.
Avropa Komissiyası (AK) qurumun sədri Ursula fon der Lyayenin Türkiyə haqqında etdiyi mübahisəli çıxışına görə vəziyyətdən çıxış yolu axtarır.
Gundem.today xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.
Nəşrin xatırlatmasına görə, aprelin 19-da fon der Lyayen Avropa İttifaqının genişlənməsi məsələsinə toxunarkən qeyd edib ki, təşkilat Rusiya, Türkiyə və ya Çinin təsir göstərə bilməməsi üçün bütün Avropa qitəsini əhatə etməlidir. Adı açıqlanmayan mənbənin sözlərinə əsasən, sonradan Türkiyə fon der Lyayenin bəyanatının mətbuata nə dərəcədə düzgün ötürüldüyünü aydınlaşdırmaq məqsədilə AK-yə rəsmi sorğu göndərib. Avropa Komissiyasından isə bildirilib ki, həmin fikirlər sadəcə olaraq kontekstdən çıxarılıb.
"Türkiyənin adının çəkilməsi onun xüsusilə Qərbi Balkanlarda olan geosiyasi təsirinin, miqyasının və ambisiyalarının etirafı idi və heç bir halda başqa bir dövlətlə müqayisə xarakteri daşımırdı", - deyə AK-nin mətbuat xidmətinin rəhbəri Paula Pinyo vurğulayıb. Agentliyin qeyd edir ki, bu yanlışlıq olduqca əlverişsiz bir vaxtda baş verib. Belə ki, hazırda Aİ İran ətrafında yaranmış münaqişə nəticəsində formalaşan qlobal qeyri-sabitlik fonunda öz müttəfiqlik əlaqələrini daha da gücləndirməyə cəhd edir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaABŞ-də silahlı hücum: 1.8 milyon dollarlıq zirehli maşın qarət edildi - FOTO - VİDEO
ABŞ-nin Pensilvaniya ştatının Filadelfiya şəhərində iki silahlı cani 1.8 milyon dollarlıq zirehli yük maşınını qarət edib.
DünyaABŞ müttəfiqlərinə xəbərdarlıq etdi: Etibarlı təchizat üçün xərclər artırılmalıdır
Amerika Birləşmiş Ştatları təchizat zəncirinin gücləndirilməsi və Çinə olan ehtiyacın azaldılması məqsədilə tərəfdaşlarına strateji əhəmiyyətli minerallara görə daha yüksək məbləğ ödəməyin zəruriliyini çatdırıb.
Dünyaİrandan hərəkət edən yük gəmisi Oman körfəzində atəşə tutuldu - FOTO
İrandan hərəkət edən yük gəmisi Oman körfəzi sularında atəşə məruz qalaraq dayandırılıb.
DünyaTrampdan İrana SON ŞANS: Atəşkəs yenə uzadılır?
ABŞ Prezidenti Donald Tramp İrana öz təkliflərini hazırlaması üçün əlavə bir neçə gün vaxt verməyə razıdır. Əgər bu baş verməsə, elan olunan atəşkəs başa çatacaq.