
Macarıstan baş nazirinin müavininin partiya sədrliyindən istefası qəbul olunmadı
Macarıstanın baş nazir müavini Jolt Şemyen parlament seçkisində məğlubiyyətdən sonra Xristian-Demokrat Xalq Partiyasının (XDNP) sədri vəzifəsindən istefa verib.
Macarıstanın baş nazir müavini Jolt Şemyen parlament seçkisində məğlubiyyətdən sonra Xristian-Demokrat Xalq Partiyasının (XDNP) sədri vəzifəsindən istefa verib.
Gundem.today xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.
Bildirilib ki, hakim koalisiyada "FİDES - Macarıstan Vətəndaş İttifaqı" ilə birlikdə çıxış edən XDNP parlamentdə çoxluğu "Tisa" Partiyasına uduzub.
Jolt Şemyen məğlubiyyətə görə məsuliyyəti üzərinə götürərək istefa ərizəsi yazsa da, partiya rəhbərliyi onun müraciətini gizli səsvermə zamanı yekdilliklə rədd edib. O, partiyanın "nəsil dəyişimi və yenilənmə dövrü" ərzində rəhbər kimi qalmağa razılaşıb.
Qeyd edək ki, yeni parlamentin ilk iclası mayın 9-da keçiriləcək və "Tisa" Partiyasının lideri Peter Madyarın baş nazir seçilməsi gözlənilir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaTramp: "ABŞ İrandan yeni təklif alıb"
Donald Tramp bildirib ki, danışıqlar aparan nümayəndə heyətinin Pakistana səfəri ləğv edildikdən sonra ABŞ İrandan yeni təklif alıb.
DünyaNetanyahu genişmiqyaslı hücumlar həyata keçirilməsi üçün ƏMR VERDİ
İsrailin Baş naziri Benyamin Netanyahu orduya Livanda "Hizbullah" hərəkatının mövqelərinə güclü zərbələr endirməyi tapşırıb.
DünyaPakistan və İran regionda sülh səylərini müzakirə ediblər
Pakistanın Baş naziri Şahbaz Şərif və İran Prezidenti Məsud Pezeşkian Yaxın Şərqdə sülhün təmin olunmasına yönəlmiş səyləri müzakirə ediblər.
DünyaViktor Orban deputat mandatından imtina edib
Macarıstanın Baş naziri Viktor Orban parlament deputatı mandatından imtina etdiyini açıqlayıb.