
Macarıstanda cərrah küçənin ortasında ürək əməliyyatı etdi
Macarıstanlı cərrah Jolt Dubotski ürək nahiyəsindən bıçaq zərbəsi alan 30 yaşlı gənci küçənin ortasında ağır əməliyyat edərək ölümdən qurtarıb.
Macarıstanlı cərrah Jolt Dubotski ürək nahiyəsindən bıçaq zərbəsi alan 30 yaşlı gənci küçənin ortasında ağır əməliyyat edərək ölümdən qurtarıb.
Gundem.today xəbər verir ki, bu qeyri-adi hadisə barədə Budapeşt Milli Onkologiya İnstitutu rəsmi açıqlama yayıb.
Dubotski sözügedən tibb müəssisəsinin baş cərrahı vəzifəsində çalışır və işdənkənar vaxtlarda Hava Təcili Yardım Xidməti QHT-də könüllü fəaliyyət göstərir. Aprelin 26-da onun rəhbərlik etdiyi briqada bıçaqlanmış şəxsə kömək məqsədilə təcili çağırışa yollanıb.
Tibb işçiləri yaralının vəziyyətinin kritik olduğunu və klinika binasına çatdırılmasının böyük risk daşıdığını müəyyən ediblər. Xəstənin həyatda qalması üçün sadəcə bir neçə dəqiqəsi qaldığını görən Dubotski dərhal yerindəcə cərrahi müdaxiləyə başlamağa qərar verib. O, cəmi yeddi dəqiqəyə xəstənin döş qəfəsini açaraq zədələnmiş və döyünən ürəyə tikiş qoyub.
Həkimin verdiyi bu cəsarətli qərar nəticəsində yaralı gəncin həyatı xilas olunub. Küçədəki təcili tibbi müdaxilədən sonra xəstə helikopter vasitəsilə hospitala köçürülüb. Xəstə ona ikinci həyat bəxş edən Dubotskiyə və bütün tibb heyətinə artıq öz minnətdarlığını bildirib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaKaya Kallas ABŞ-nin sürprizindən danışdı
Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas ABŞ-nin beş min hərbçini Almaniyadan çıxarmaq qərarının Aİ üçün sürpriz olduğunu bəyan edib.
DünyaABŞ-nin Hörmüz boğazında saxladığı İran gəmisi Pakistana təhvil verildi
Hörmüz boğazı sularında Amerika Birləşmiş Ştatlarının blokadasını aşmağa cəhd edən zaman saxlanılan İran gəmisi, eləcə də onun heyəti Pakistana təhvil verilib.
DünyaGünəşdə güclü partlayış baş verib - Maqnit qasırğası ola bilər
Mayın 4-də səhər saatlarında Günəşdə daha əvvəlki güc kateqoriyasına daxil olan partlayış baş verib.
Dünyaİranda üç "Mossad" agenti edam edilib
İranda milli təhlükəsizlik əleyhinə cinayətlər törətməkdə və İsrailin "Mossad" kəşfiyyat xidmətinin agenti olmaqda ittiham edilən üç nəfər barəsində çıxarılmış edam hökmü icra olunub.