
News.ru: "İlham Əliyev Avropa Parlamentini Bakı ilə İrəvan arasında sülh prosesini sabotajda ittiham edib"
Azərbaycan Prezidenti İlham Əliyev "Avropa Siyasi Birliyi"nin toplantısında çıxışı zamanı avropalı deputatların Bakı ilə İrəvan arasında yekun razılaşmaların əldə edilməsinə mane olduqlarını bildirib.
Azərbaycan Prezidenti İlham Əliyev "Avropa Siyasi Birliyi"nin toplantısında çıxışı zamanı avropalı deputatların Bakı ilə İrəvan arasında yekun razılaşmaların əldə edilməsinə mane olduqlarını bildirib.
Gundem.today xəbər verir ki, bu barədə Rusiyanın News.ru saytında məlumat verilib.
Qeyd olunub ki, Azərbaycan lideri son beş il ərzində Avropa Parlamentinin Azərbaycan əleyhinə 14 qətnamə qəbul etdiyini vurğulayaraq, bunun ölkəyə qarşı qərəzli münasibətin göstəricisi olduğunu önə çəkib.
"Bu qurum sülh prosesini dəstəkləmək əvəzinə, faktiki olaraq onun sabotajı ilə məşğul olur", - deyə dövlət başçısı bildirib.
Buna cavab olaraq, Azərbaycan parlamenti artıq bütün əsas sahələrdə bu təşkilatla əməkdaşlığın tamamilə dayandırılması barədə qərar qəbul edib. Bundan əlavə, rəsmi Bakı milli maraqlarını qorumaq üçün Avronest Parlament Assambleyasından çıxmaq prosedurlarına başlayıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
SiyasətAranı qarışdıranlara SƏRT CAVAB: AP niyə Ermənistanı bəhanə edir? - VİDEO
"Bu həftə Avropa Parlamenti Ermənistanda demokratik dayanıqlığı dəstəkləyən qətnamə qəbul etdi. Lap yaxşı. Elə biz özümüz də qonşu Ermənistanda demokratiyaya uzun ömür və can sağlığı arzulamağa, lazım olanda dəstək verməyə hazırıq".
SiyasətNaxçıvanda "Zəngəzur yolu: tarixin izi ilə" mövzusunda beynəlxalq konfrans keçirilir - FOTO
Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə Naxçıvanda "Zəngəzur yolu: tarixin izi ilə" mövzusunda konfrans keçirilir.
SiyasətDünya liderlərindən Azərbaycanla Ermənistan arasındakı sülhə dəstək mesajları
İrəvanda keçirilən "Avropa Siyasi Birliyi"nin 8-ci Zirvə toplantısı çərçivəsində bir sıra dünya liderləri Azərbaycanla Ermənistan arasındakı sülh prosesinə dəstək mesajları veriblər.
Siyasətİlham Əliyevin İrəvandakı tədbirdə videobağlantı formatında çıxışının TAM MƏTNİ - FOTO
Ermənistanın paytaxtı İrəvan şəhərində "Avropa Siyasi Birliyi"nin 8-ci Zirvə toplantısı keçirilib.