
Macarıstanda ilk dəfə görmə məhdudiyyətli siyasətçi nazir təyin edilib
Macarıstanda parlament seçkisində qalib gəlmiş "Tisa" partiyasının lideri Peter Madyar ölkə tarixində ilk dəfə görmə qabiliyyətini itirmiş siyasətçi Vilmoş Katai-Nemeti sosial və ailə məsələləri üzrə nazir təyin edib.
Macarıstanda parlament seçkisində qalib gəlmiş "Tisa" partiyasının lideri Peter Madyar ölkə tarixində ilk dəfə görmə qabiliyyətini itirmiş siyasətçi Vilmoş Katai-Nemeti sosial və ailə məsələləri üzrə nazir təyin edib.
Gundem.today xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
Madyarın sözlərinə görə, onun məqsədi hər bir vətəndaşın - doğulduğu yerindən və mənşəyindən asılı olmayaraq - keyfiyyətli səhiyyə və təhsilə çıxışını təmin etməkdir.
Qeyd olunub ki, Madyar aprelin 24-də hökumətində təhsil naziri vəzifəsinə qadın namizədin də təyin olunacağını açıqlayıb. Son günlər o, parlament sədri, xarici işlər naziri və "Tisa" partiyasının fraksiya rəhbəri vəzifələrinə də qadın namizədlər irəli sürüb.
Bundan əvvəl "Tisa" lideri Macarıstanın Avropa İttifaqı və NATO ilə tamhüquqlu iştirakını bərpa edəcəyini vəd etmişdi. O bildirib ki, partiya demokratiya və dövlətin müstəqilliyini təmin edən institutların fəaliyyətini yenidən quracaq.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaRusiyada müəllimin azərbaycanlı ailənin övladı barədə sözləri qalmaqal yaradıb
Rusiyanın Yekaterinburq şəhərində Ural Federal Universitetinin müəllimi Yuliya Volkovanın açıqlamaları qalmaqala səbəb olub.
DünyaFon der Lyayen: "Aİ ABŞ və İsrailin İrana qarşı əməliyyatı səbəbindən 25 milyard avro itirib"
"Avropa İttifaqı ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatı nəticəsində enerji daşıyıcılarının bahalaşması səbəbindən 25 milyard avro itirib".
DünyaEverestdə buzlaq çökdü: Yüzlərlə turist baza düşərgəsində qaldı
Everest zirvəsinə gedən marşrutda böyük buz kütləsi uçub, nəticədə yüzlərlə səyahətçi və bələdçi baza düşərgəsində mühasirədə qalıb. Yer kürəsinin ən hündür dağına yürüşlər qeyri-müəyyən vaxtadək dayandırılıb.
DünyaKİV: ABŞ Pakistandakı danışıqlarda iştirak etməyəcək
İran nümayəndələri aprelin 24-də Pakistan tərəfi ilə danışıqlar apara bilər, lakin ABŞ bu görüşdə iştirak etməyəcək.