
Vinisiusa qarşı irqçilik edən futbolçuya ağır cəza kəsildi
Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) Nəzarət, Etika və İntizam Orqanı İspaniyanın "Real Madrid" klubunun hücumçusu Vinisiusa qarşı irqçi davranışa görə sərt qərar qəbul edib.
Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) Nəzarət, Etika və İntizam Orqanı İspaniyanın "Real Madrid" klubunun hücumçusu Vinisiusa qarşı irqçi davranışa görə sərt qərar qəbul edib.
Gundem.today xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti rəsmi məlumat yayıb.
Belə ki, Portuqaliyanın "Benfika" komandasının argentinalı yarımmüdafiəçisi Canluka Prestianni 6 oyunluq (üçü şərti olmaqla) diskvalifikasiya edilib. Qərara əsasən, futbolçuya qərarın qəbul edildiyi tarixdən etibarən ikiillik sınaq müddəti də təyin olunub.
Cəza Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində "Real Madrid"ə qarşı keçiriləcək cavab matçına da şamil edilir. UEFA-nın bu qərarı həm klub, həm də milli komanda səviyyəsində qüvvədə olacaq.
Xatırladaq ki, fevralın 17-də Lissabonda baş tutan qarşılaşma "Real Madrid"in 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Matçdakı yeganə qolun müəllifi olan Vinisius fərqləndikdən sonra "Benfika" azarkeşlərinin olduğu tribunaya tərəf qaçaraq onlara qarşı təxribat xarakterli jestlər edib. Bundan dərhal sonra isə o, irqçi təhqirlərə məruz qaldığını iddia edərək matçın baş hakiminə şikayətini bildirib.
İspaniya mətbuatının yaydığı məlumata görə, Vinisiusu irqi zəmində təhqir edən məhz "Real Madrid"lə cavab oyunundan kənarlaşdırılan Prestianni olub. Qalmaqala görə qarşılaşma 10 dəqiqəlik dayandırılıb. Matçın sonunda isə Portuqaliya klubunun azarkeşləri Vinisiusa və "Real Madrid"in digər futbolçularına müxtəlif əşyalar, o cümlədən su butulkaları və elektron siqaretlər atıblar.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İdmanAvropa üçüncüsü Jalə Əliyeva: "Səhvlərim üzərində çalışacağam"
Avropa çempionatında bürünc medal qazanan qadın güləşçimiz Jalə Əliyeva (57 kq) yarışla bağlı təəssüratlarını bölüşüb.
İdmanQadın güləşçilərimiz Avropa çempionatını iki medalla başa vurdular
Azərbaycanın qadın güləşçisi Birgül Soltanova Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında beşinci olub.
İdmanAzərbaycanın qadın güləşçisi Jalə Əliyeva Avropa çempionatında bürünc medal qazandı
Azərbaycanın qadın güləşçisi Jalə Əliyeva Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında bürünc medal qazanıb.
İdmanJalə Əliyeva Avropa üçüncüsü oldu
Azərbaycanın qadın güləşçisi Jalə Əliyeva Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında bürünc medal qazanıb.