Son dəqiqə
Tarixin səssiz şahidləri - FOTOPaytaxtda bədbəxt hadisə: Körpə pəncərədən yıxılıb öldüElçin Əmirbəyov: "TDT əlaqələndirici platforma kimi rolunu artırır"Prezident İlham Əliyevin Türkiyəyə işgüzar səfəri ilə bağlı GÖRÜNTÜLƏRABŞ Federal Təhqiqat Bürosunun rəhbəri haqqında sensasiyalı ittiham yayan nəşr məhkəməyə verilirŞirvanda narkotik satan 5 nəfər TUTULDU
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Siyasət
  3. Macarıstanın Aİ və Ukrayna siyasətində nələr dəyişəcək? - Gözlər Budapeştdə
Macarıstanın Aİ və Ukrayna siyasətində nələr dəyişəcək? - Gözlər Budapeştdə
Siyasət

Macarıstanın Aİ və Ukrayna siyasətində nələr dəyişəcək? - Gözlər Budapeştdə

15 aprel 2026
18:56
0 baxış
Paylaş:

Macarıstanda keçirilən son parlament seçkiləri ölkənin siyasi tarixində yeni bir mərhələnin əsasını qoydu.

Macarıstanda keçirilən son parlament seçkiləri ölkənin siyasi tarixində yeni bir mərhələnin əsasını qoydu.

"Tisa" partiyasının qələbəsi ilə Peter Madyar 16 ildir hökumətə rəhbərlik edən Viktor Orban dövrünə yekun vuraraq yeni kabinet formalaşdırmaq imkanı əldə edib. Parlamentdə 199 yerdən 138-ni qazanan "Tisa" artıq yalnız ölkədaxili deyil, Avropa siyasətində də diqqət mərkəzinə çevrilib.

Yeni siyasi reallıq fonunda əsas müzakirə mövzularından biri də Macarıstanın Avropa İttifaqı (Aİ) ilə münasibətlərinin gələcək istiqamətidir. Orban hakimiyyəti dövründə Budapeştin ittifaq daxilində tez-tez veto hüququndan istifadə etməsi, xüsusilə Rusiya-Ukrayna müharibəsi ilə bağlı qərarlarda fərqli mövqe sərgiləməsi Brüssellə münasibətləri gərginləşdirmişdi. Bu səbəbdən Aİ tərəfindən Macarıstanın özü üçün ayrılmış milyardlarla avroluq subsidiyaların bir hissəsi də dondurulmuş vəziyyətdə qalır.

Mövcud vəziyyətdə Aİ yeni hökumət qarşısında konkret gözləntilər irəli sürür. Məsələn, dondurulmuş vəsaitlərin açılması üçün bir sıra şərtlər, o cümlədən Ukraynaya maliyyə dəstəyinin blokdan çıxarılması və Rusiyaya qarşı sanksiyalara qoyulan vetonun ləğvi tələb olunur. Bu isə Madyar hökumətinin həm daxili siyasətdə, həm də xarici kursda ciddi balans siyasəti aparmalı olacağını göstərir.

Beləliklə, qarşıdakı dövr Peter Madyarın liderliyi altında Macarıstanın həm Aİ ilə inteqrasiyasının dərinləşməsi, həm də Rusiya-Ukrayna müharibəsinə münasibətdə daha koordinasiyalı xətt tutub-tutmayacağı baxımından həlledici mərhələ sayıla bilər.

Mövzu ilə bağlı Gundem.today-a danışan politoloq Rəşad Bayramov hesab edir ki, Macarıstanda yeni hakimiyyətin formalaşması və əvvəlki siyasi kursdan fərqli olaraq Aİ ilə daha yaxın inteqrasiya xəttinin seçilməsi həm Budapeştin daxili siyasi prioritetlərini, həm də Avropanın ümumi geosiyasi balansını əhəmiyyətli dərəcədə dəyişdirə biləcək potensiala malikdir:

"Orban hakimiyyəti dövründə Macarıstanın Brüssel ilə münasibətləri hüquqi dövlət standartları, sanksiya siyasəti və xarici siyasət koordinasiyası məsələlərində uzun müddətdir gərginliklərlə müşahidə olunurdu. Yeni siyasi rəhbərliyin Avropa İttifaqının ümumi xəttinə daha çox üstünlük verməsi isə bu gərginliyin yumşalmasına, xüsusilə də qərarvermə proseslərində konsensusun artmasına şərait yarada bilər. Bu dəyişiklik Aİ daxilində qərarların bloklanması riskini azaldaraq İttifaqın xarici siyasət və təhlükəsizlik məsələlərində daha operativ davranmasına imkan yarada bilər".

"Ən mühüm təsir istiqamətlərindən biri də Rusiya ilə münasibətlərdə fərqlilik müşahidə olunacağı ehtimalıdır. Əvvəlki dövrdə Macarıstanın Moskva ilə daha praqmatik və bəzən yumşaq xətt tutması Aİ daxilində parçalanmış mövqe yaradırdı. Bu, Putinin rəhbərliyi altındakı Rusiyanın Avropa İttifaqı daxilində təsir imkanlarını dolayı şəkildə gücləndirirdi. Yeni hakimiyyətin daha koordinasiyalı Aİ siyasəti yürütməsi fonunda isə Macarıstanın Kremllə münasibətləri daha çox Brüssel çərçivəsində müəyyən olunan kollektiv mövqeyə uyğunlaşdırıla bilər. Bunun da xüsusilə sanksiya rejimi, enerji asılılığının azaldılması və təhlükəsizlik siyasəti baxımından Avropanın mövqeyini daha vahid hala gətirəcəyi istisna deyil. Nəticədə, Rusiyanın Aİ daxilində parçalanmış mövqe strategiyasından istifadə imkanları müəyyən qədər məhdudlaşa bilər", - deyə analitik vurğulayıb.

Onun sözlərinə görə, Ukrayna müharibəsi kontekstində Macarıstandakı siyasi dəyişikliklərin daha həssas nəticələrə gətirib çıxaracağı ehtimalı da istisna deyil:

"Əvvəlki mərhələdə Budapeştin Kiyevə hərbi yardım və sanksiyalar məsələsində ehtiyatlı mövqe sərgiləməsi Aİ daxilində qərarların gecikməsinə səbəb ola bilirdi. Madyar hökumətinin daha koordinasiyalı və Aİ xəttinə uyğun siyasət yürütməsi isə Ukraynaya dəstək paketlərinin daha sürətli qəbuluna, humanitar və maliyyə yardımlarının genişlənməsinə və sanksiya siyasətinin daha sərt tətbiqinə gətirib çıxara bilər. Bu, müharibənin gedişatına birbaşa hərbi deyil, lakin iqtisadi və diplomatik təzyiq mexanizmləri vasitəsilə təsir göstərən mühüm faktor kimi çıxış edər. Bununla belə, Macarıstanın geosiyasi mövqeyi və enerji asılılığı nəzərə alındıqda, tamamilə kəskin dönüşün baş verməsi də inandırıcı deyil. Yeni hakimiyyət Aİ ilə daha yaxın xətt tutsa da enerji təhlükəsizliyi, iqtisadi maraqlar və regional sabitlik kimi amillər müəyyən balanslaşdırılmış siyasətin davamını zəruri edəcək. Xüsusilə Rusiya ilə enerji əlaqələrinin qısa müddətdə tam kəsilməsi həm iqtisadi, həm də sosial baxımdan ciddi risklər yaratması gözləniləndir. Buna görə də daha çox yenidən balanslaşdırılmış bir modelinin formalaşması ehtimalı yüksəkdir.

Ümumiləşdirsək deyə bilərik ki, Macarıstanda yeni hakimiyyətin formalaşması Avropa İttifaqı daxilində monolitliyə, Rusiya ilə münasibətlərdə daha sərt və koordinasiyalı xəttin formalaşmasına və Ukrayna müharibəsi kontekstində isə Kiyevə dəstəyin sistemli və ardıcıl xarakter almasına şərait yarada bilər".

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Siyasət#Macarıstan#Viktor_Orban#Rusiya-Ukrayna_münaqişəsi#Avropa_İttifaqı_(Aİ)#Peter_Madyar

Oxşar Xəbərlər

Elçin Əmirbəyov: "TDT əlaqələndirici platforma kimi rolunu artırır"Siyasət

Elçin Əmirbəyov: "TDT əlaqələndirici platforma kimi rolunu artırır"

"Türk Dövlətləri Təşkilatı (TDT) qarşılıqlı əlaqəlilik layihələrinin koordinasiyası platforması kimi getdikcə daha mühüm rol oynamağa başlayır".

Bu gün
12:260
Prezident İlham Əliyevin Türkiyəyə işgüzar səfəri ilə bağlı GÖRÜNTÜLƏRSiyasət

Prezident İlham Əliyevin Türkiyəyə işgüzar səfəri ilə bağlı GÖRÜNTÜLƏR

Prezidentin Mətbuat Xidməti İlham Əliyevin Türkiyəyə işgüzar səfəri ilə bağlı paylaşım edib.

Bu gün
12:230
Hikmət Hacıyev Venesuelanın xarici işlər nazirinin müavini ilə görüşüb - FOTOSiyasət

Hikmət Hacıyev Venesuelanın xarici işlər nazirinin müavini ilə görüşüb - FOTO

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Venesuelanın xarici işlər nazirinin müavini Andrea Korao Faria ilə görüşüb.

Bu gün
12:110
Elçin Əmirbəyov: "Ermənistanla de-fakto sülh şəraitində yaşamağımız yeni fürsətlər açır"Siyasət

Elçin Əmirbəyov: "Ermənistanla de-fakto sülh şəraitində yaşamağımız yeni fürsətlər açır"

"Dünyada baş verən münaqişələr ölkələrarası ixracat məsələsində ciddi problemlərə yol açır".

Bu gün
11:300