Son dəqiqə
DİQQƏT - Azərbaycan səmasında parlaq izlər görünə bilərBakıda mağazadan 100 min manatlıq qızılın oğurlanma GÖRÜNTÜLƏRİAğcabədidə yeniyetmənin yanaraq öldüyü dəhşətli hadisənin TƏFƏRRÜATIQaxda mindən çox abonentin qazı kəsilibGünəşdə son iki ay yarımın ən böyük partlayışı oldu - VİDEOBaş İdarədən ƏMƏLİYYAT: Tərkibi dəyişdirilmiş 49 kq marixuana müsadirə edildi - FOTO - VİDEO
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Dünya
  3. Maduronun devrilməsinə mərc edən amerikalı hərbçi həbs olundu
Maduronun devrilməsinə mərc edən amerikalı hərbçi həbs olundu
Dünya

Maduronun devrilməsinə mərc edən amerikalı hərbçi həbs olundu

Bu gün
09:16
0 baxış
Paylaş:

ABŞ Ədliyyə Nazirliyi Venesuela Prezidenti Nikolas Maduronun ələ keçirilməsi əməliyyatında iştirak edən xüsusi təyinatlı hərbçi Qannon Ken Van Daykın həbs olunduğunu açıqlayıb. O, insayder məlumatlarından istifadə etməkdə ittiham olunur: istintaqın məlumatına görə, hərbçi "Polymarket" platformasında Venesuela liderinin vəzifədən kənarlaşdırılması ilə bağlı mərclərdən 400 min dollardan çox gəlir əldə edib.

ABŞ Ədliyyə Nazirliyi Venesuela Prezidenti Nikolas Maduronun ələ keçirilməsi əməliyyatında iştirak edən xüsusi təyinatlı hərbçi Qannon Ken Van Daykın həbs olunduğunu açıqlayıb. O, insayder məlumatlarından istifadə etməkdə ittiham olunur: istintaqın məlumatına görə, hərbçi "Polymarket" platformasında Venesuela liderinin vəzifədən kənarlaşdırılması ilə bağlı mərclərdən 400 min dollardan çox gəlir əldə edib.

Bu barədə Gundem.today CNN-ə istinadən məlumat yayıb.

İttiham aktına əsasən, dekabrın sonlarında xüsusi təyinatlı proqnozlaşdırma platformasında hesab açıb və bir həftə ərzində ümumi məbləği təqribən 33 min dollar olan 13 mərc edib. İttiham tərəfi bildirir ki, Van Dayk mərc etməzdən əvvəl Maduronun ələ keçirilməsi ilə bağlı məxfi planlara çıxış əldə edib. Prezident devrildikdən sonra ödənilən böyük uduş dərhal hüquq-mühafizə orqanlarının diqqətini çəkib.

Van Dayka məxfi hökumət məlumatlarının oğurlanması və qanunsuz istifadəsi, habelə dələduzluq da daxil olmaqla beş maddə üzrə ittiham irəli sürülüb. İlk məhkəmə iclası Şimali Karolinada baş tutacaq. "Polymarket" nümayəndələri şübhəli fəaliyyəti müstəqil şəkildə aşkar etdiklərini və insayder barədə məlumatları Ədliyyə Nazirliyinə təhvil verdiklərini bildiriblər.

Ümumilikdə hərbçi ABŞ-nin Venesuelaya müdaxiləsi ilə bağlı dörd fərqli nəticəyə mərc edib.

Bu həbs və ittiham ABŞ Ədliyyə Nazirliyinin proqnoz bazarlarında insayder ticarəti qanunu çərçivəsində bir hərbçini təqib etdiyi ilk hal kimi qeydə alınıb.

Xatırladaq ki, bu il yanvarın 3-də ABŞ Venesuelada genişmiqyaslı əməliyyat keçirib, nəticədə Nikolas Maduro və onun həyat yoldaşı Siliya Flores həbs edilərək Nyu-Yorka aparılıblar.

ABŞ Prezidenti Donald Tramp Maduro və Floresin narkoterrorizm və ABŞ-ni təhdid etmək ittihamları ilə mühakimə olunacaqlarını açıqlayıb. Venesuelanın vitse-prezidenti Delsi Rodriges müvəqqəti dövlət başçısı elan edilib.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Dünya#Nikolas_Maduro#ABŞ_Ədliyyə_Nazirliyi#insayder_ticarəti#xüsusi_təyinatlı_hərbçinin_həbsi#Venesuela_əməliyyatı#Polymarket_mərcləri#Qannon_Ken_Van_Dayk#məxfi_məlumatlar#Donald_Tramp

Oxşar Xəbərlər

Günəşdə son iki ay yarımın ən böyük partlayışı oldu - VİDEODünya

Günəşdə son iki ay yarımın ən böyük partlayışı oldu - VİDEO

Günəş səthində son iki ay yarımda ən güclü hesab edilən X2.5 dərəcəli partlayış müşahidə olunub.

Bu gün
11:400
ABŞ-nin hərbi təyyarəsi Türkiyə səmasında qəza siqnalı verdiDünya

ABŞ-nin hərbi təyyarəsi Türkiyə səmasında qəza siqnalı verdi

ABŞ-nin Hərbi Hava Qüvvələrinə məxsus təyyarə bu gün səhər saatlarında Türkiyənin hava məkanında qəza siqnalı verib.

Bu gün
11:320
"Crocus"da terror törədənlərin qaldığı hostelin rəhbəri də cinayətkar olubDünya

"Crocus"da terror törədənlərin qaldığı hostelin rəhbəri də cinayətkar olub

Moskva yaxınlığındakı "Crocus City Hall"da terror aktını həyata keçirənlərin qeyri-qanuni qaldığı hostelin rəhbəri əvvəllər qətl işinə görə 11 il həbsdə olub.

Bu gün
11:240
ABŞ atəşkəs pozulacağı halda İranın hansı rəsmilərini vuracağını BƏYAN ETDİDünya

ABŞ atəşkəs pozulacağı halda İranın hansı rəsmilərini vuracağını BƏYAN ETDİ

Atəşkəs rejimi pozulacağı təqdirdə ABŞ İranın Hörmüz boğazında yerləşdirdiyi müdafiə sistemlərinə zərbələr endirməyi planlaşdırır.

Bu gün
11:200