Son dəqiqə
ABŞ-nin hücum təyyarəsi Hörmüz boğazı yaxınlığında qəzaya uğrayıbXaricdə təhsil arzusu kabusa çevrildi: Ödənilən pullar geri qaytarılmır - İDDİA - VİDEOABŞ-nin altıncı nəsil "F-47" qırıcısının ilk uçuşunun tarixi açıqlandıQurban Qurbanov: "Bəlkə də "Sabah" bizdən daha istəkli görünürdü"Paytaxtda bir sıra marşrut avtobuslarının işində ləngimələr yarana bilər - SƏBƏBTürkiyədən güc nümayişi: Üç dənizdə hərbi təlimlərə başladı
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Cəmiyyət
  3. Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak etmək üçün qeydiyyat başlayır
Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak etmək üçün qeydiyyat başlayır
Cəmiyyət

Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak etmək üçün qeydiyyat başlayır

1 aprel 2026
11:16
0 baxış
Paylaş:

Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak etmək üçün bakalavrların ərizə qəbulu 14 aprel saat 23:59-dək internet vasitəsilə aparılır.

Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak etmək üçün bakalavrların ərizə qəbulu 14 aprel saat 23:59-dək internet vasitəsilə aparılır.

Gundem.today xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.

2026-cı ilin fevral ayında keçirilmiş qəbul imtahanında iştirak etmək üçün sənəd verən bakalavrlar imtahanın ikinci cəhdində iştirak etmək istədikləri təqdirdə "Şəxsi kabinet"lərinin hesabına imtahanda iştirak haqqını (50 AZN) əlavə edib, mərkəzin internet saytının müvafiq səhifəsinə (https://www.e-gov.az/az/services/read/3148/2) daxil olmaqla qeydiyyatdan keçirlər.

İlk imtahanda iştirak etmək üçün qeydiyyatdan keçməyən bakalavrlar da eyni qayda ilə bu imtahana yazıla bilərlər. Həmin şəxslər mərkəzin internet saytının ekabinet.dim.gov.az səhifəsində "Şəxsi kabinet" yaratdıqdan sonra (şəxsi kabineti olmayanlar) ərizə vermək üçün tələb olunan məbləği "Şəxsi kabinet"lərinin hesabına əlavə edirlər. Hesaba məbləği əlavə etmək üçün ödəniş üsulları ilə epayment.dim.gov.az internet səhifəsində tanış olmaq mümkündür. Bu bakalavrlar da https://eservices.dim.gov.az/erizemag/erize səhifəsinə daxil olub "Bakalavrın elektron ərizəsi" formasını doldurur və təsdiq edirlər (etdirirlər).

Azərbaycan Respublikasında yerləşən ali təhsil müəssisələrini bitirən və Azərbaycan Respublikasının vətəndaşı olan bütün bakalavrlar (ali təhsil haqqında məlumatları MyGov.az portalının "Təhsil məlumatlarım" bölməsində olanlar), həmçinin Elm və Təhsil Nazirliyi tərəfindən verilən ixtisasın tanınmasını və ekvivalentliyinin müəyyən edilməsini təsdiq edən sənədləri olan xarici ölkələrdə ali təhsil almış şəxslər (müvafiq məlumatları "Azərbaycan Respublikası ərazisində tanınan və ekvivalentliyi müəyyən edilmiş (nostrifikasiya olunmuş) xarici dövlətlərin ali təhsil müəssisələrinin diplomlarının sahibləri barədə məlumat bazası"nda) qəbul imtahanında iştirak etmək üçün ərizə qəbulu müddətində mərkəzin rəsmi internet saytında "Bakalavrın elektron ərizəsi"ni doldurmalı və özləri təsdiq etməlidirlər.

Diplom haqqında məlumatları bazada olmayan şəxslər ilk növbədə müvafiq quruma müraciət edib onları sistemə əlavə etdirməli, sonra isə "Bakalavrın elektron ərizəsi"ni təsdiq etməlidirlər.

Magistraturaya qəbul imtahanı DİM tərəfindən mərkəzləşdirilmiş qaydada bakalavrların məntiqi təfəkkürləri, informatika və xarici dil biliklərinin qiymətləndirilməsi üzrə keçirilir.

Qəbul imtahanının (II cəhd) 2026-cı il mayın 17-də keçirilməsi nəzərdə tutulur.

İmtahanda bakalavrlara məntiqi təfəkkürün yoxlanılması üçün 50 (o cümlədən açıq tipli 5), informatika üzrə 25 (o cümlədən açıq tipli 5) test tapşırığı, xarici dil üzrə isə 20 (o cümlədən açıq tipli 2) test tapşırığı və yazı işi (esse) yerinə yetirmək üçün mövzu təqdim olunacaq.

İmtahan nəticələri hesablanarkən bakalavrın hər bir test tapşırığına düzgün cavabı bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir, esse maksimum 5 balla qiymətləndirilir. Beləliklə, imtahanda əldə oluna bilən maksimal nəticə 100 baldır.

Qəbul imtahanında test tapşırıqlarının cavablandırılmasına üç saat, yazı işini (esseni) yerinə yetirmək üçün isə 30 dəqiqə, cəmi 3 saat 30 dəqiqə vaxt ayrılır. Üç saat bitdikdən sonra bakalavrlardan cavab kartları yığılır və onlara yazı işini yazmaq üçün xüsusi esse vərəqləri paylanılır. Qeyd edək ki, tədrisi ingilis (alman) dilində olan ixtisaslaşmaları seçmək üçün yazı işi (esse) tapşırığı üzrə nəticə 2 baldan az olmamalıdır. Tədrisi Azərbaycan və ya rus dilində olan ixtisaslaşmaları seçmək üçün yazı işi (esse) tapşırığı üzrə nəticəyə bal məhdudiyyəti qoyulmur.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Cəmiyyət#Magistratura_imtahanı#DİM#ikinci_cəhd#magistraturaya_qəbul_2026#elektron_ərizə#bakalavr_qeydiyyatı#Dövlət_İmtahan_Mərkəzi#məntiq_informatika_xarici_dil#magistr_qəbul_qaydaları#esse_imtahanı.

Oxşar Xəbərlər

Xaricdə təhsil arzusu kabusa çevrildi: Ödənilən pullar geri qaytarılmır - İDDİA - VİDEOCəmiyyət

Xaricdə təhsil arzusu kabusa çevrildi: Ödənilən pullar geri qaytarılmır - İDDİA - VİDEO

Təhsil mərkəzinə təxminən 1 800 manat ödəniş edilib, lakin vəsait tam şəkildə geri qaytarılmayıb.

Bu gün
23:360
Paytaxtda bir sıra marşrut avtobuslarının işində ləngimələr yarana bilər - SƏBƏBCəmiyyət

Paytaxtda bir sıra marşrut avtobuslarının işində ləngimələr yarana bilər - SƏBƏB

Bakıda Şəhər şosesində aidiyyəti qurum tərəfindən aparılan təmir işləri ilə əlaqədar bəzi marşrutların hərəkətində ləngimələr yarana bilər.

Bu gün
22:480
"Üzrlü saysınlar, amma..." - Seyran Səxavətin 80 illik yubileyində izdiham yaşandı - VİDEOCəmiyyət

"Üzrlü saysınlar, amma..." - Seyran Səxavətin 80 illik yubileyində izdiham yaşandı - VİDEO

Dövlət Akademik Filarmoniyasında yazıçı və şair Seyran Səxavətin 80 illik yubileyi münasibətilə keçirilən tədbirdə böyük izdiham müşahidə olunub.

Bu gün
22:360
Sürücülərin NƏZƏRİNƏ: Bakıda bəzi küçələrdə hərəkət məhdudlaşdırılırCəmiyyət

Sürücülərin NƏZƏRİNƏ: Bakıda bəzi küçələrdə hərəkət məhdudlaşdırılır

Heydər Əliyev prospektindən (tunelin girişindən Xətai prospekti istiqamətində) Fəzail Bayramov küçəsinə qədər olan ərazidə hərəkət məhdudlaşdırılacaq.

Bu gün
22:240