
Malatyada məktəblilər arasında bıçaqlı dava: Beş nəfər yaralanıb
Türkiyənin Malatya şəhərində iki qrup məktəbli arasında baş verən bıçaqlı insident nəticəsində beş nəfər xəsarət alıb.
Türkiyənin Malatya şəhərində iki qrup məktəbli arasında baş verən bıçaqlı insident nəticəsində beş nəfər xəsarət alıb.
Gundem.today xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb. Bildirilib ki, hadisə günorta saatlarında Yeşilyurt rayonunun Çilesiz məhəlləsində qeydə alınıb. Əldə edilən məlumatlara əsasən, ərazidə yerləşən məktəblərdən birinin şagirdləri arasında təhqir üstündə başlayan mübahisə sonradan bıçaqlı davaya çevrilib. Nəticədə beş nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Qeyd olunub ki, olayla bağlı məlumat daxil olduqdan dərhal sonra hadisə yerinə polis və təcili tibbi yardım briqadaları cəlb edilib. Yaralı şagirdlər şəhərin müxtəlif xəstəxanalarına təxliyə olunublar.
Hadisə yerinə baxış keçirən hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən günorta saatlarında alındığı ehtimal edilən üç ədəd pivə qutusu aşkar olunub. Hazırda faktla bağlı müvafiq araşdırmalar davam etdirilir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Dünyaİsrail Livanda yeni itkilər verib
İsrail ordusu Livanın cənubunda yeni itkilər verib.
DünyaUkrayna Rusiyanın dron istehsal edən zavodunu vurdu
Ukrayna Silahlı Qüvvələri Taqanroqda Rusiya ordusu üçün pilotsuz uçuş aparatları (PUA) istehsal edən "Atlant Aero" zavoduna "Neptun" raketləri ilə zərbə endirib. Hücum nəticəsində zavodun ərazisində yanğın baş verib.
DünyaABŞ blokadası Tehrana ağır iqtisadi zərbə vurur: 23 gəmi geri qaytarıldı
"ABŞ-nin blokadası nəticəsində İranın dəniz yolu ilə ticarəti tamamilə dayanıb".
DünyaUkrayna dünyada ilk dəfə "Şahed" dronunu suüstü platformadan vurdu - VİDEO
Pilotsuz suüstü platformadan buraxılan drontutucu dünyada ilk dəfə "Şahed" tipli pilotsuz uçuş aparatını (PUA) vurub.