
Ukrayna Rusiyanın dron istehsal edən zavodunu vurdu
Ukrayna Silahlı Qüvvələri Taqanroqda Rusiya ordusu üçün pilotsuz uçuş aparatları (PUA) istehsal edən "Atlant Aero" zavoduna "Neptun" raketləri ilə zərbə endirib. Hücum nəticəsində zavodun ərazisində yanğın baş verib.
Ukrayna Silahlı Qüvvələri Taqanroqda Rusiya ordusu üçün pilotsuz uçuş aparatları (PUA) istehsal edən "Atlant Aero" zavoduna "Neptun" raketləri ilə zərbə endirib. Hücum nəticəsində zavodun ərazisində yanğın baş verib.
Gundem.today UNIAN agentliyinə istinadən xəbər verir ki, bu barədə Ukrayna Hərbi Dəniz Qüvvələri məlumat yayıb.
Rusiyanın Rostov vilayətinin qubernatoru Yuri Slyusar bölgəyə raket zərbəsi endirildiyini təsdiqləyib. O bildirib ki, kommersiya infrastrukturuna ziyan dəyib və anbar sahələrinin ərazisində yanğın baş verib.
Yerli sakinlərin məlumatına görə, Taqanroq Avtomobil Zavodu hədəfə alınıb. Əvvəllər burada müxtəlif markalara məxsus minik və yük avtomobilləri yığılırdı. Lakin son vaxtlar maliyyə problemləri ilə əlaqədar zavodun ərazisində Rusiya ordusu üçün PUA-lar istehsal olunur.
Xüsusilə, zavod ərazisində "Atlant Aero" MMC fəaliyyət göstərir. Müəssisədə "Molniya" tipli hücum-kəşfiyyat PUA-ları, həmçinin "Orion" PUA-sı üçün hissələrin istehsal edildiyi bildirilir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Dünyaİran ABŞ ilə danışıqları bərpa etmək üçün şərtini açıqlayıb
İran ABŞ ilə danışıqların davam etdirilməsi ilə bağlı qərarı yalnız Vaşinqton dəniz blokadasını aradan qaldırdıqdan sonra verəcək.
DünyaTramp sosial şəbəkədə bir saat ərzində 32 paylaşım edib
ABŞ Prezidenti Donald Tramp aprelin 19-da gecə saatlarında "Truth Social" sosial şəbəkəsində cəmi bir saat ərzində 32 paylaşım edib.
DünyaAmerikalı diplomat: "İranın elektrik stansiyalarına zərbələr hərbi cinayət sayılmayacaq"
"İranın elektrik stansiyaları və körpülərinə zərbələr endirilməsi hərbi cinayət kimi qiymətləndirilməyəcək".
DünyaSEPAH: "İran atəşkəs dövründə raket arsenalını artırıb"
"İran atəşkəs rejimi tətbiq edildikdən sonra raket buraxılış qurğuları və pilotsuz uçuş aparatı arsenalını yeniləyib".