
Manatla bağlı dəyişiklik: Proses qiymətlərə necə təsir edəcək? - VİDEO
Azərbaycanda malların gömrük dəyərinin milli valyuta ilə bəyan edilməsi nəzərdə tutulur. Bu, "Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında" Qanun layihəsində əksini tapıb.
Azərbaycanda malların gömrük dəyərinin milli valyuta ilə bəyan edilməsi nəzərdə tutulur. Bu, "Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında" Qanun layihəsində əksini tapıb.
Maraqlıdır, gömrük dəyərinin manatla bəyan edilməsinə zərurət nədən irəli gəlir? Bunun idxal və ixrac qiymətlərinə təsiri mümkündürmü?
İqtisadçı Eldəniz Əmirov bildirib ki, əsas səbəblərdən biri valyuta risklərinin azaldılmasıdır:
"Hazırda idxal əməliyyatlarının böyük hissəsi xarici valyuta ilə aparılır və gömrük dəyəri də əsasən dollarla bəyan edilir. Lakin məzənnə dəyişdikdə eyni malın gömrük dəyəri müxtəlif zamanlarda, hətta qısa intervallarda belə fərqli olur. Manatla birbaşa müəyyən edildikdə bu qeyri-müəyyənlik azalır və daha sistemli yanaşma formalaşır".
Ekspertin sözlərinə görə, digər mühüm faktor dövlət büdcəsi ilə bağlıdır: "Gömrük rüsumları və əlavə dəyər vergisi manatla ödənilir. Bu baxımdan daxilolmaların, o cümlədən gömrük dəyərinin milli valyutada müəyyənləşdirilməsi daha məqsədəuyğundur".
Prosesin qiymətlərə təsirinə gəldikdə isə iqtisadçı bunun ciddi dəyişikliklərə səbəb olacağını düşünmür.
Qeyd edək ki, sözügedən dəyişiklikləri nəzərdə tutan qanun layihəsi Milli Məclis plenar iclasında birinci oxunuşda baxılması üçün tövsiyə olunub.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətVüqar Hüseynov yüksək vəzifəyə təyin olundu
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına yeni təyinat olub.
CəmiyyətNaib Əlizadə sədr təyin olundu
Naxçıvan Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinə yeni sədr təyin olunub.
CəmiyyətNaib Əlizadə ilə bağlı ƏMR
Naxçıvan Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinə yeni sədr təyin olunub.
CəmiyyətYüzlərlə yük avtomobili sərhəddə qaldı - "7 gündür yollardayıq, addım-addım gedirik" - VİDEO
Rusiya ilə sərhəddə yerləşən "Samur" gömrük buraxılış məntəqəsinin qarşısında bir neçə gündür yük avtomobillərinin uzun növbəsi yaranıb.