
Maqnus Karlsendən gözlənilməz addım: Qızı selfiyə görə pərt etdi - FOTO - VİDEO
Şahmat üzrə 16-cı dünya çempionu, norveçli qrossmeyster Maqnus Karlsen Almaniyada keçirilən "Grenke Freestyle Open" turnirində qazaxıstanlı şahmatçı Alui Nurmanın iştirakı ilə baş verən hadisədən sonra müzakirə mövzusu olub.
Şahmat üzrə 16-cı dünya çempionu, norveçli qrossmeyster Maqnus Karlsen Almaniyada keçirilən "Grenke Freestyle Open" turnirində qazaxıstanlı şahmatçı Alui Nurmanın iştirakı ilə baş verən hadisədən sonra müzakirə mövzusu olub.
Gundem.today-ın xəbərinə görə, bu barədə Vesti.kz nəşri məlumat verir.
Məlumata görə, ikinci raund başlamazdan əvvəl Nurman Karlsenə yaxınlaşıb və onunla selfi çəkdirməyi xahiş edib. Norveçli imtina etməyib, sakitcə poza verib, gülümsəyib və rəqibi ilə selfi çəkdirib. Lakin qısa müddət sonra Karlsen yarışın təşkilatçılarına müraciət edib və oyunçunun üzərində mobil telefon olduğu üçün ondan şikayət edib.
Turnir qaydalarına əsasən, oyun zamanı telefondan istifadə və hətta üzərində telefon olması qəti şəkildə qadağandır. Nəticədə arbitr oyun başlamazdan əvvəl Nurmanın cihazını müsadirə etmək məcburiyyətində qalıb ki, qaydalara uyğunluğu təmin etsin və mümkün pozuntuların qarşısını alsın.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İdmanPuxaç "Qarabağ"la oyundan danışdı: "Onlara qarşıdakı iki oyunda qalib gələ bilərik"
"Sabah"ın futbolçusu Timoteuş Puxaç Azərbaycan Kubokunun yarımfinalında "Qarabağ"la qeydə alınan 2:2 hesablı matçı və qarşıdakı hədəfləri şərh edib.
İdmanNeymar 2026-cı il dünya çempionatında oynayacaq?
Futbol üzrə Braziliya milli komandasının baş məşqçisi Karlo Ançelotti "Santos"un hücumçusu Neymarı 2026-cı il dünya çempionatına çağırmaq niyyətində deyil.
İdman"Qarabağ"ın tarixində 18-ci FUTBOLÇU: Kadi Borges "40"a çatdı
Braziliyalı yarımmüdafiəçi Kadi Borqes "Sabah"la Azərbaycan Kubokundakı matçda dubl edərək "Qarabağ"ın heyətində qol sayını 40-a çatdırıb. Futbolçunun statistikası ilə tanış olun.
İdmanİtaliya millisi dünya çempionatına vəsiqə üçün bonus tələb edib
Futbol üzrə İtaliya milli komandasının oyunçuları 2026-cı il dünya çempionatına vəsiqə qazanmaq üçün 300 000 avro bonus tələb ediblər.