
Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkən şəxs həbs edildi
Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkən şəxs həbs edilib.
Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkən şəxs həbs edilib.
Gundem.today APA-ya istinadla xəbər verir ki, bu barədə Nəsimi Rayon Məhkəməsində qərar qəbul edilib.
Qərara əsasən, istintaq orqanının təqdimatı təmin edilib, Belarus vətəndaşı, ADA-da tələbə olan 20 yaşlı Ardeshir Seyfpour Saad Abadi barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, aprelin 1-dən 2-nə keçən gecə Bakı şəhəri, Bülbül prospekti, 20 ünvanında yerləşən ölkə əhəmiyyətli memarlıq abidəsi (123 inventar nömrəli) olan Nizami Kino Mərkəzinin binası bir qrup şəxs tərəfindən müdaxiləyə məruz qalıb. Həmin şəxslər binanın fasadına boya vasitəsilə cızma-qara edib, müxtəlif söz və ifadələr yazıblar.
Keçirilən əməliyyat nəticəsində dörd nəfər - 2009-cu ildə Bakı şəhərində anadan olmuş, "Landau School"un 11-ci sinif şagirdi Münəvvər Taleh qızı Bərxudayeva, 2010-cu ildə Bakı şəhərində anadan olmuş, "Landau School"un 10-cu sinif şagirdi Layla Samir qızı Muradi, 2010-cu ildə Bakı şəhərində anadan olmuş, 10 nömrəli məktəbin 9-cu sinif şagirdi Şəfiqə Farid qızı Qaraşlı və 2006-cı ildə İranda anadan olmuş, 01.09.2024-cü ildən Azərbaycanda yaşayan Belarus vətəndaşı, ADA Universitetinin II kurs tələbəsi Ardeshir Seyfpour Saad Abadidir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
HadisəGöygöldə FACİƏ: Oğlunun toyunda başına aqlay daşı düşən ata ÖLDÜ
Göygöl rayonunda şadlıq sarayının yaxınlığında oğlunun toy məclisini keçirən 1962-ci il təvəllüdlü şəxsin başına aqlay daşı düşərək həyatını itirməsi ilə bağlı ətraflı məlumat.
HadisəGəncədə 27 yaşlı kişinin evdə meyiti tapıldı
Gəncə şəhərində evdən 27 yaşlı kişinin meyiti tapılıb.
HadisəXəzər dənizində zəlzələ oldu - FOTO
Xəzər dənizində zəlzələ olub.
HadisəSumqayıtda kişi bıçaqlandı: Qardaşı şübhəli bilinir
Sumqayıt şəhərində bıçaqlanma hadisəsi baş verib.