
Martda yağan yağışlara görə sığorta zərəri 10 milyon manata çata bilər
Azərbaycanda 20-30 mart tarixləri arasında normadan yuxarı yağıntılar və əlverişsiz hava şəraiti fonunda sığorta zərərinin həcmi 6 milyon manatı ötüb.
Azərbaycanda 20-30 mart tarixləri arasında normadan yuxarı yağıntılar və əlverişsiz hava şəraiti fonunda sığorta zərərinin həcmi 6 milyon manatı ötüb.
Gundem.today "Report"a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Sığortaçılar Assosiasiyası məlumat verib.
Sözügedən dövrdə paytaxt Bakı da daxil olmaqla ölkənin müxtəlif bölgələrində bayram tədbirləri və tətil səfərləri, həmçinin normadan artıq yağış yağması və güclü külək əsməsi nəticəsində çox sayda hadisə qeydə alınıb.
Qeyd olunan tarixlər ərzində baş verən sığorta hadisələri ilə bağlı 8 qeyri-həyat sığorta şirkətinə ümumilikdə 4 576 müraciət daxil olub. Müraciətlərin 3 636-sı "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası", 651-i "KASKO" (avtonəqliyyat vasitələrinin sığortası), 210-u "Daşınmaz əmlakın icbari sığortası", 80-i isə "Əmlakın yanğından və digər risklərdən sığortası" növləri üzrə olub. Təqdim edilən məlumata görə, qiymətləndirilməsi artıq başa çatmış 4 045 sığorta hadisəsi üzrə gözlənilən zərər məbləği 6 milyon 57 min 25 manat təşkil edir. Qalan 531 hadisə ilə əlaqədar zərərin hesablanması prosesi hələ davam edir.
Hazırda daxil olan bütün müraciətlər üzrə hadisələrin tənzimlənməsi və zərərin dəqiqləşdirilməsi mərhələsi həyata keçirilir. Sığorta hadisəsi kimi təsdiqlənən hər bir hal üzrə müvafiq kompensasiya ödənişlərinin aparılması nəzərdə tutulur. İlkin hesablamalara əsasən, bütün hadisələr üzrə qiymətləndirmə prosesi tamamlandıqdan sonra ümumi zərər həcminin təqribən 10 milyon manata çatacağı proqnozlaşdırılır.
Qeyd edək ki, hesabat dövrü ərzində sığorta şirkətlərinə ünvanlanan müraciətlərin 77 %-i paytaxt Bakıda, 23 %-i isə digər bölgələrdə, xüsusilə şimal regionunda qeydiyyata alınıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətXaricdə təhsil arzusu kabusa çevrildi: Ödənilən pullar geri qaytarılmır - İDDİA - VİDEO
Təhsil mərkəzinə təxminən 1 800 manat ödəniş edilib, lakin vəsait tam şəkildə geri qaytarılmayıb.
CəmiyyətPaytaxtda bir sıra marşrut avtobuslarının işində ləngimələr yarana bilər - SƏBƏB
Bakıda Şəhər şosesində aidiyyəti qurum tərəfindən aparılan təmir işləri ilə əlaqədar bəzi marşrutların hərəkətində ləngimələr yarana bilər.
Cəmiyyət"Üzrlü saysınlar, amma..." - Seyran Səxavətin 80 illik yubileyində izdiham yaşandı - VİDEO
Dövlət Akademik Filarmoniyasında yazıçı və şair Seyran Səxavətin 80 illik yubileyi münasibətilə keçirilən tədbirdə böyük izdiham müşahidə olunub.
CəmiyyətSürücülərin NƏZƏRİNƏ: Bakıda bəzi küçələrdə hərəkət məhdudlaşdırılır
Heydər Əliyev prospektindən (tunelin girişindən Xətai prospekti istiqamətində) Fəzail Bayramov küçəsinə qədər olan ərazidə hərəkət məhdudlaşdırılacaq.