Masazırda 4 gündür ki, içməli su yoxdur: Sakinlərdən NARAZILIQ
Cəmiyyət

Masazırda 4 gündür ki, içməli su yoxdur: Sakinlərdən NARAZILIQ

6 dəqiqə əvvəl
11:52
0 baxış
Paylaş:

Abşeron rayonunun Masazır qəsəbəsində içməli suyun verilməsində problem yaranıb.

Abşeron rayonunun Masazır qəsəbəsində içməli suyun verilməsində problem yaranıb.

Gundem.today-ın məlumatına görə, artıq dörd gündür qəsəbənin bəzi ərazilərinə su verilmir.

Nəticədə sakinlər susuz qalıblar. Bildirilir ki, əraziyə suyun verilməsi əsasən su maşınları vasitəsilə həyata keçirilir.

Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən Gundem.today-ın sorğusuna cavab olaraq bildirilib ki, nasos stansiyasında yaranan problem aradan qaldırılmaqdadır.

"Bu problem səbəbindən içməli su təminatında yaranan fasilə stansiyada görülən işlər çərçivəsində qismən aradan qaldırılır. Sakinlərə gün ərzində bir neçə saatlıq suyun verilməsi təmin olunacaq. Ərazidə su maşınları da xidmət göstərəcək. İntensiv yağışlar səbəbindən nasos stansiyasında yaranmış qəza halının tam aradan qaldırılması istiqamətində digər dövlət qurumları ilə birgə fasiləsiz bərpa işləri aparılır", - deyə məlumatda qeyd olunub.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Cəmiyyət#Abşeron_rayonu#İri_Şəhərlərin_Birləşmiş_Su_Təchizatı_Xidməti_(İŞBSTX)#Masazır_qəsəbəsi#Su_problemi#İçməli_su

Oxşar Xəbərlər