
İslandiya və Norveç təhlükəsizlik təminatı üçün Aİ-ə üzv olmaq istəyirlər
Vaxtilə Avropa İttifaqına (Aİ) üzv olmaqdan imtina edən Norveç və İslandiya hazırda təhlükəsizlik qayğıları ilə əlaqədar təşkilata daxil olmağa can atırlar. Bunun başlıca səbəbi kimi Donald Trampın 2025-ci ildə yenidən ABŞ prezidenti seçilməsi göstərilir.
Vaxtilə Avropa İttifaqına (Aİ) üzv olmaqdan imtina edən Norveç və İslandiya hazırda təhlükəsizlik qayğıları ilə əlaqədar təşkilata daxil olmağa can atırlar. Bunun başlıca səbəbi kimi Donald Trampın 2025-ci ildə yenidən ABŞ prezidenti seçilməsi göstərilir.
Gundem.today xəbər verir ki, bu barədə "Politico"məlumat yayıb.
Rəsmi xəbərlərdə qeyd edilir ki, ABŞ liderinin yeni idxal rüsumları tətbiq etmək niyyəti, Qrenlandiyanın alınması barədə səsləndirdiyi fikirlər və NATO tərəfdaşlarına yönəlik çıxışları adıçəkilən dövlətləri Brüssel ilə daha sıx əməkdaşlığa sövq edib. İslandiya artıq Aİ-yə qəbul prosesi üzrə danışıqların yenidən başlaması üçün nəzərdə tutulan referendumun tarixini önə çəkib.
İslandiyanın xarici siyasət idarəsinin rəhbəri Torgerdur Katrin Qunnarsdottir məsələni belə şərh edib:
"İnsan hüquqları, azadlıq və demokratiya dəyərlərini bölüşən həmfikir dövlətlərin daha geniş birliyində yer almaq bizi daha da gücləndirərdi".
Norveç Mühafizəkarlar Partiyasının sədri İne Eriksen Söreyde isə vurğulayıb ki, hazırda Aİ-yə inteqrasiya ölkəsi üçün bir çox aspektlərdən əhəmiyyət daşıyır:
"NATO-nun öz imkanları var, Aİ-nin isə özünəməxsus resursları mövcuddur. Məhz buna görə Avropa İttifaqında iştirak Norveç kimi dövlət üçün təhlükəsizlik nöqteyi-nəzərindən böyük önəm kəsb edir...
Hazırda elə bir kritik mərhələdəyik ki, Aİ-yə daxil olmaq bizim üçün keçmişdə olduğundan daha fərqli və ciddi bir zərurətə çevrilib".
Məlumatda həmçinin vurğulanır ki, Norveç əhalisinin böyük qismi hələ də ittifaqa qəbulun əleyhinə olsa da, son ilyarımda bu ideyanı dəstəkləyənlərin nisbətində artım müşahidə edilir.
O da qeyd edilir ki, mövcud Aİ dövlətləri üçün Şərqi Avropanın iqtisadi baxımdan zəif ölkələrindənsə, Şimali Avropanın zəngin dövlətlərini təşkilata qəbul etmək daha maraqlı görünür.
Xarici media orqanlarının yaydığı xəbərə görə Serbiya, Moldova və ya Ukrayna ilə müqayisədə, Norveç və İslandiya Avropa İttifaqına inteqrasiya üçün təqribən 80% səviyyəsində hazırlıqlıdır və qısa müddətdə bu bloka daxil ola bilərlər.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaPentaqonun rəsmi saytında yadplanetlilərlə bağlı məlumatlar yerləşdirilib
ABŞ-nin Müdafiə Nazirliyi naməlum uçan obyektlərə (UNO) dair arxiv sənədlərini ictimaiyyətə açıqlayıb.
DünyaPentaqonun rəsmi saytında yadplanetlilərlə bağlı məlumatlar yerləşdirilib - FOTO
ABŞ-nin Müdafiə Nazirliyi naməlum uçan obyektlərə (UNO) dair arxiv sənədlərini ictimaiyyətə açıqlayıb.
DünyaABŞ-nin Kuba ilə bağlı planı bəlli oldu
"ABŞ hakimiyyəti hazırda Kubaya qarşı hərbi əməliyyatlar keçirilməyi planlaşdırmır".
DünyaABŞ hərbçiləri İran gəmisini vurub: 10 iranlı dənizçi xəsarət alıb
Amerika Birləşmiş Ştatlarının rəhbərlik etdiyi koalisiya qüvvələrinin Oman körfəzi sularında mülki yük gəmisinə gecə saatlarında endirdiyi zərbə nəticəsində azı 10 İran dənizçisi xəsarət alıb, daha beş nəfər isə itkin düşüb.