
Mauro İkardidən "Qalatasaray"a XƏBƏRDARLIQ
"Qalatasaray"ın ulduz futbolçusu Mauro İkardi ödənilməyən borc səbəbindən rəhbərliyə rəsmi xəbərdarlıq edib.
"Qalatasaray"ın ulduz futbolçusu Mauro İkardi ödənilməyən borc səbəbindən rəhbərliyə rəsmi xəbərdarlıq edib.
Gundem.today-ın "Milliyet"ə istinadən verdiyi məlumata görə, argentinalı hücumçu bu kəskin addımı imic hüquqlarına əsasən ona çatmalı olan 4 milyon avroluq vəsaiti hələ də ala bilmədiyi üçün atmaq məcburiyyətində qalıb.
Məşhur forvardın qəfil xəbərdarlıq məktubu göndərməsi klub rəhbərliyində həm təəccüb, həm də ciddi narazılıq yaradıb. Xatırladaq ki, hücumçu daha əvvəl də maaşının gecikdirilməsi səbəbindən bənzər yola müraciət etmişdi.
Qeyd edək ki, Mauro İkardi imic hüquqlarına dair sözügedən müqaviləni "Qalatasaray"ın sabiq vitse-prezidenti Erden Timur və klub konqresinin keçmiş üzvü Murat Özkaya ilə bağlayıb. Lakin adıçəkilən şəxslərin həbs olunması səbəbindən ulduz futbolçuya vəd edilən milyonluq vəsaitin ödənişi həyata keçirilməyib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İdman"Real Madrid"də nələr baş verir? - Alonsonun gedişi komandanı iki yerə bölübmüş
Xabi Alonsonun baş məşqçi postunda Alvaro Arbeloa ilə əvəzlənməsindən sonra "Real Madrid" klubunda olduqca toksik bir mühit yaranıb.
İdman"Fənərbağça" "Milan"ın ulduzunu transfer etməyə hazırlaşır - FOTO
"Fənərbağça" "Milan"ın satışa çıxardığı Rafael Leanı transfer etmək istəyir.
İdmanAFFA-dan "Qarabağ"a çox SƏRT CƏZA
"Qarabağ" futbol klubunun aparıcı oyunçularından olan Marko Yankoviç ağır sanksiya ilə üzləşərək yaşıl meydanlardan 8 oyunluq uzaqlaşdırılıb.
İdmanAFFA-dan "Qarabağ"a SƏRT CƏZA
"Qarabağ" futbol klubunun aparıcı oyunçularından olan Marko Yankoviç ağır sanksiya ilə üzləşərək yaşıl meydanlardan 8 oyunluq uzaqlaşdırılıb.