
Mədəniyyət sahəsində qrant almaq istəyənlərə MÜJDƏ - Yeni qayda
Mədəniyyət sahəsində qrant layihələrinin maliyyələşdirilməsi "Qrant haqqında" Qanuna uyğun olaraq həyata keçiriləcək.
Mədəniyyət sahəsində qrant layihələrinin maliyyələşdirilməsi "Qrant haqqında" Qanuna uyğun olaraq həyata keçiriləcək.
Gundem.today xəbər verir ki, sözügedən məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılan "Mədəniyyət haqqında" Qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb.
Sənədə əsasən, mədəniyyət sahəsində layihələrin maliyyələşdirilməsi mədəniyyət xidmətlərinin, habelə mədəni və yaradıcı sənaye sahələrinin inkişafına və keyfiyyətinin artırılmasına yönəldilmiş innovativ fəaliyyət və tədqiqatların stimullaşdırılması, mədəniyyət müəssisələrinin infrastrukturunun inkişaf etdirilməsi, eləcə də mədəniyyət sahəsində maarifləndirmə məqsədilə "Qrant haqqında" Qanuna uyğun olaraq həyata keçiriləcək.
Mədəniyyət sahəsində layihələrin qrant maliyyələşdirilməsi üzrə müsabiqələrin keçirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edəcək.
Sənəddə qeyd olunur ki, "Qrant haqqında" Qanuna əsasən hüquqi və fiziki şəxslərə qrantların verilməsi ilə bağlı hər hansı məhdudiyyət müəyyən edilməsə də, Nazirlər Kabinetinin 2014-cü il 26 avqust tarixli 292 nömrəli Qərarı ilə təsdiq edilmiş "Qeyri-hökumət təşkilatları tərəfindən mədəniyyət sahəsində keçirilən tədbirlərin dövlət maliyyələşdirilməsi Qaydası" mədəniyyət sahəsində yalnız QHT-lər üçün tədbirlərin maliyyələşdirilməsi prosedurunu müəyyənləşdirir.
Vurğulanır ki, mədəniyyət sahəsində keçirilən tədbirlərin qrant maliyyələşdirilməsi üzrə QHT-lərlə yanaşı, hüquqi şəxslərin digər növləri, eləcə də fiziki şəxslər ilə bağlı tənzimləmənin həyata keçirilməsi üçün xüsusi qaydanın təsdiq edilməsi zəruridir.
Qeyd olunanları nəzərə alaraq, mədəniyyət sahəsində layihələrin qrant maliyyələşdirilməsi üzrə müsabiqələrin keçirilməsi qaydasının müəyyən edilməsi məqsədilə "Mədəniyyət haqqında" Qanuna dəyişiklik layihəsi hazırlanıb.
Bildirilir ki, sözügedən Qanunda yaradıcı sənaye ilə bağlı tənzimlənmə mövcud olsa da, bu ifadəyə anlayış verilməyib. "Mədəni və yaradıcı sənaye" ifadəsindən "2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nın Tədbirlər Planında, "Azərbaycan Mədəniyyəti - 2040" Mədəniyyət Konsepsiyası"nda və digər sənədlərdə istifadə edilir. Bu xüsusda, layihədə "mədəni və yaradıcı sənaye" anlayışının da təsbit edilməsi nəzərdə tutulur.
Yekunda layihə səsə qoyularaq üçüncü oxunuşda qəbul olunub.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İqtisadiyyat"Gəncə KOB evi"ndə sahibkarlara YENİ İMKANLAR: 35 dövlət qurumunun 300-dən çox XİDMƏTİ - FOTO
"2026-cı ilin 1 yanvar tarixinə olan məlumata əsasən KOB evlərində sahibkarlara dövlət və özəl qurumlar tərəfindən 1.5 milyona yaxın xidmət göstərilib. 2024-cü ildə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Dövlət Sektorunda İnnovasiyalar üzrə Tədqiqat Mərkəzi tərəfindən KOB evi modeli sahibkarlara xidmət sahəsində innovativ təşəbbüs kimi qiymətləndirilib və nümunəvi təcrübə kimi tətbiqi tövsiyə edilib. KOB evi modeli bir sıra ölkələrin diqqətindədir və bu modelin öyrənilməsi üçün KOBİA ilə əm
İqtisadiyyatİqor Qarafuliç: "BMT WUF13-ün uğurla keçirilməsi üçün Azərbaycana dəstək göstərməyə hazırdır"
"Azərbaycan bu il Ümumdünya Şəhərsalma Forumuna ev sahibliyi edəcək. Bu, qlobal miqyasda mühüm hadisədir. BMT bu tədbirin uğurla keçirilməsi üçün bütün sistem üzrə dəstək göstərməyə hazırdır".
İqtisadiyyatBeş il üçün 85 milyon dollar: Azərbaycanda bu vəsait nəyə xərclənəcək? - FOTO
"Qarşıdakı dövr üçün əsas məqsədimiz əldə edilən nailiyyətləri möhkəmləndirməklə yanaşı, iqlim dəyişiklikləri, rəqəmsal transformasiya, inklüziv artım və iqtisadi dayanıqlılıq kimi yeni qlobal çağırışlara çevik və effektiv cavab verən tərəfdaşlıq modelini daha da inkişaf etdirməkdir.
İqtisadiyyat"Brent" markalı neft bahalaşdı
Yaxın Şərqdəki gərginlik fonunda qlobal bazarda neft qiymətlərində cüzi bahalaşma müşahidə edilib.