
Beş il üçün 85 milyon dollar: Azərbaycanda bu vəsait nəyə xərclənəcək? - FOTO
"Qarşıdakı dövr üçün əsas məqsədimiz əldə edilən nailiyyətləri möhkəmləndirməklə yanaşı, iqlim dəyişiklikləri, rəqəmsal transformasiya, inklüziv artım və iqtisadi dayanıqlılıq kimi yeni qlobal çağırışlara çevik və effektiv cavab verən tərəfdaşlıq modelini daha da inkişaf etdirməkdir.
"Qarşıdakı dövr üçün əsas məqsədimiz əldə edilən nailiyyətləri möhkəmləndirməklə yanaşı, iqlim dəyişiklikləri, rəqəmsal transformasiya, inklüziv artım və iqtisadi dayanıqlılıq kimi yeni qlobal çağırışlara çevik və effektiv cavab verən tərəfdaşlıq modelini daha da inkişaf etdirməkdir.
2026-30-cu illəri əhatə edən çərçivə sənədi bu baxımdan iki əsas prioritet istiqaməti müəyyən edir: inklüziv sosial-iqtisadi inkişaf və insan kapitalının gücləndirilməsi, həmçinin ekosistemlərin qorunması, iqlimə davamlılıq və yaşıl artımın təşviqi".
Gundem.today xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Anar Axundov BMT-nin Davamlı İnkişaf üzrə Əməkdaşlıq Çərçivəsinin Yüksəksəviyyəli Birgə Rəhbər Komitəsinin iclasında deyib.
O bildirib ki, bu prioritetlər bütün vətəndaşlar üçün keyfiyyətli xidmətlərə çıxışın genişləndirilməsinə, layiqli məşğulluğun təmin edilməsinə, innovasiya və sahibkarlığın inkişafına, resurslardan səmərəli istifadəyə və ətraf mühitin qorunmasına xidmət edir:
"2026-30-cu illəri əhatə edən çərçivə sənədi strateji prioritetlər üzrə bir sıra konkret statistik hədəflər müəyyən edir. Birinci strateji prioritet - inklüziv sosial-iqtisadi artım və insan kapitalının gücləndirilməsi istiqamətində kənd təsərrüfatına yönəlmiş dövlət xərclərinin indeksinin yüksəldilməsi, qeyri-infeksion xəstəliklər səbəbindən vaxtından əvvəl ölüm səviyyəsinin endirilməsi, qadınların idarəetmə vəzifələrində iştirakının və sosial müdafiə əhatəsinin artırılması, eləcə də əməkhaqqının ÜDM-də payının yüksəldilməsi kimi hədəflər müəyyən edilib".
"İkinci strateji prioritet - ekosistemlərin qorunması, iqlimə davamlılıq və yaşıl artımın təşviqi istiqamətində isə inteqrə olunmuş su ehtiyatlarının idarəolunması, bərpaolunan enerjinin ümumi enerji istehlakındakı payının, tullantıların təkrar emal səviyyəsinin, eləcə də meşə örtüyünün payının artırılması nəzərdə tutulur. Bu göstəricilər Azərbaycanın dayanıqlı inkişaf, yaşıl iqtisadiyyat və inklüziv sosial-iqtisadi inkişaf istiqamətində əldə olunması planlaşdırılan konkret nəticələrini əks etdirir. Yeni çərçivə sənədi üzrə ümumi maliyyə yükü 85.3 milyon dollardır. Bu vəsaitdən layihələrin maliyyələşdirilməsi üçün 51 milyon dollar vəsait mövcud olmaqla, 34 milyon dollar vəsait isə qarşıdakı beşillik dövr ərzində cəlb olunmalıdır. Bu istiqamətdə BMT təsisatları və dövlət qurumlarının birgə fəaliyyəti arzuolunan nəticələrə çatmaq baxımından əhəmiyyət kəsb edir", - nazir müavini əlavə edib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İqtisadiyyatOrxan Məmmədov: "Qadın sahibkarlığın yüksəlişinə nail olmadan iqtisadi inkişafdan danışmaq olmaz"
"Qadın sahibkarlığın yüksəlişinə nail olmadan ölkənin iqtisadi inkişafından danışmaq olmaz".
İqtisadiyyatAzərbaycanda ipoteka kreditləşməsində artım - RƏQƏMLƏR AÇIQLANDI
Azərbaycanda ipoteka kreditləşməsi üzrə artım davam edir.
İqtisadiyyatAzərbaycan neftinin qiyməti 125 dolları ötüb
Dünya bazarında "Azeri Light" markalı neftin qiyməti artıb.
İqtisadiyyat"Ümid-Babək" yatağının ehtiyatlarının yeni mərhələdə qiymətləndirilməsinə dair sənəd imzalanıb
"Umid Babek Operation Company" (UBOC) əməliyyat şirkəti ilə "Caspian Oilfield Service"(COS) arasında "Neptun" özüqalxan qazma qurğusunun Xəzər dənizinin Azərbaycan sektorundakı "Ümid" qaz-kondensat yatağında fəaliyyətinin 2027-ci ilin sonunadək davam etdirilməsinə dair sənəd imzalanıb.