
MEDİA: "Azərbaycandan Körfəz ölkələrinə raket buraxılması iddiası əsassızdır"
"Son günlər bəzi sosial media platformalarında və "Telegram" kanallarında Azərbaycan ərazisindən Körfəz ölkələri istiqamətində guya raketlərin buraxılması ilə bağlı yayılan iddialar tamamilə əsassızdır".
"Son günlər bəzi sosial media platformalarında və "Telegram" kanallarında Azərbaycan ərazisindən Körfəz ölkələri istiqamətində guya raketlərin buraxılması ilə bağlı yayılan iddialar tamamilə əsassızdır".
Gundem.today xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyi (MEDİA) məlumat yayıb.
Qeyd edilib ki, iddialar heç bir etibarlı mənbə tərəfindən təsdiqlənmir:
"Belə miqyaslı və ciddi təhlükəsizlik xarakterli hadisə baş verdiyi təqdirdə, bu barədə aparıcı beynəlxalq media qurumları və rəsmi mənbələr tərəfindən dərhal məlumat yayılardı. Hazırda isə bu iddiaları təsdiqləyən heç bir mötəbər informasiya mövcud deyil. Bu kimi məlumatlar regionda süni gərginlik yaratmağa və yanlış təsəvvür formalaşdırmağa yönəlmiş dezinformasiya cəhdlərinin tərkib hissəsi kimi qiymətləndirilə bilər.
Azərbaycan Respublikası beynəlxalq hüquqa, dövlətlərin suverenliyinə və regional sabitliyə sadiqdir. Bütün tərəfləri yalnız yoxlanılmış və etibarlı mənbələrə istinad etməyə, təsdiqlənməmiş məlumatların yayılmasından çəkinməyə çağırırıq".
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətNazirlikdən küləkli və qeyri-sabit hava şəraiti ilə əlaqədar ƏHALİYƏ MÜRACİƏT
"Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlər ərzində ayrı-ayrı yerlərdə intensiv yağış yağacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi, şimşək çaxacağı və arabir güclü külək əsəcəyi proqnozlaşdırılır. Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi müvafiq təhlükəsizlik qaydalarını bir daha xatırladır. Belə ki, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hün
CəmiyyətGeneral Müşfiq Məmmədov İŞDƏN ÇIXARILDI
Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin rəisi, general-mayor Müşfiq Məmmədov vəzifəsindən azad edilib.
CəmiyyətHava ilə bağlı yol polisindən sürücülərə MÜRACİƏT
Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, həftəsonu paytaxta və respublikanın ayrı-ayrı rayonlarında havanın küləkli olacağı, yağış yağacağı gözlənilir. Qeyd edilən əlverişsiz hava yol hərəkəti təhlükəsizliyi baxımından sürücülərdən daha diqqətli olmağı tələb edir.
Cəmiyyət"Üfunətdən keçmək olmur" - Kürdəxanı sakinləri boğaza yığılıblar - VİDEO
Bakının Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Mehdi Məmmədov küçəsi, 17, yeni yaşayış massivində antisanitar vəziyyət hökm sürür.