
Məhəmməd Salah "Liverpul"dan ayrılacağını elan etdi
"Liverpul" klubu misirli hücumçu Məhəmməd Salah ilə yollarını ayıracaq.
"Liverpul" klubu misirli hücumçu Məhəmməd Salah ilə yollarını ayıracaq.
Gundem.today bildirir ki, M.Salah bu barədə sosial şəbəkə hesablarında məlumat verib.
33 yaşlı futbolçunun müqaviləsi 2027-ci ilin iyun ayına qədər qüvvədə olsa da, o, 2025/26 mövsümünün sonunda "Liverpul"u tərk edəcək.
Misirli hücumçu 2017-ci ildən bəri mersisaydlıların heyətində çıxış edir. O, bu müddət ərzində 435 matçda meydana çıxıb, 255 qol vurub və 122 məhsuldar ötürmə ilə yadda qalıb.
Salah "Liverpul"un heyətində 9 trofey qazanıb, o cümlədən Çempionlar Liqası və Avropa Liqasının qalibi olub.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İdman"Qalatasaray"dan Noa Lanq ilə bağlı sürpriz qərar
"Qalatasaray" qış transfer pəncərəsində İtaliyanın "Napoli" komandasından icarə əsasında heyətinə qatdığı Noa Lanqın gələcəyi ilə bağlı gözlənilməz qərar qəbul edib.
İdman"Qalatasaray" ulduz futbolçunun transferi üçün Avropa nəhəngləri ilə yarışda - FOTO
"Qalatasaray" növbəti transfer pəncərəsində "Mançester Siti"dən ayrılacağı rəsmiləşən Bernardo Silvanı heyətinə qatmaq üçün rəsmi addımlar atmağa başlayıb.
İdmanMərhum şahmatçımız Vüqar Həşimovun qardaşı Avropada yüksək vəzifəyə namizəddir
Azərbaycanı dünya arenasında layiqincə təmsil etmiş mərhum Avropa çempionu Vüqar Həşimovun qardaşı Sərxan Həşimovun Avropa Şahmat Birliyinin (ECU) vitse-prezidenti vəzifəsinə namizədliyi irəli sürülüb.
İdmanFinala gedən yol: "Sabah" - "Qarabağ" və "Zirə" - "Turan Tovuz" görüşlərinin hakimləri açıqlandı
"Sabah" və "Qarabağ" komandaları arasında keçiriləcək Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyununun baş hakimi Rəvan Həmzəzadə olacaq.