Son dəqiqə
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərində sosial-emosional öyrənmə proqramı icra edilir - FOTOAzərbaycan səhnəsinin "Qayınana"sı: Nəsibə Zeynalovanın doğum günüdür - VİDEOAğdərədə usta faciəli şəkildə öldüİran ABŞ-dən sanksiyalar və dondurulmuş aktivlərlərlə bağlı nə tələb edib?Ceyhun Bayramov BMT-nin sessiyasına sədrlik etdi, prezidentin müraciətini səsləndirdi - FOTOAprelin 26-da imtahan verəcək ŞAGİRDLƏRİN NƏZƏRİNƏ - DİM-dən MÜRACİƏT
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Cəmiyyət
  3. Ağzına kimi dolu Kiyev dəmiryol vağzalının az qala yarısı azərbaycanlılar idi
Ağzına kimi dolu Kiyev dəmiryol vağzalının az qala yarısı azərbaycanlılar idi
Cəmiyyət

Ağzına kimi dolu Kiyev dəmiryol vağzalının az qala yarısı azərbaycanlılar idi

Bu gün
05:46
0 baxış
Paylaş:

Mart ayının əvvəli, müharibənin başladığı bir həftədən çox idi. Günlərdir müxtəlif vilayətlərdən, xüsusilə, Ukraynanın şərqindən və cənubundan müxtəlif yollarla çöllərə səpələnib ölkəni bürümüş müharibədən sağ-salamat təxliyə olmaq istəyənlər Kiyev vağzalına toplaşmışdılar. Günlərdir gözləntidən sonra təxminən 10 vaqondan ibarət bir qatar demək olar ki, ancaq azərbaycanlılara ayrılmışdı.

Mart ayının əvvəli, müharibənin başladığı bir həftədən çox idi. Günlərdir müxtəlif vilayətlərdən, xüsusilə, Ukraynanın şərqindən və cənubundan müxtəlif yollarla çöllərə səpələnib ölkəni bürümüş müharibədən sağ-salamat təxliyə olmaq istəyənlər Kiyev vağzalına toplaşmışdılar. Günlərdir gözləntidən sonra təxminən 10 vaqondan ibarət bir qatar demək olar ki, ancaq azərbaycanlılara ayrılmışdı.

Ayrılmışdı deyəndə, neçə gün idi ki, Kiyev mərkəzi vağzalı, ümumiyyətlə Ukraynanın yarıdan çoxunda dəmir yolu sistemi dayanmışdı. Qatarlardan biletsiz-filansız, şərqdən qərbə imkan tapanı şütüyürdü.

Birini də həmin gün azərbaycanlılar nəhayət ki, tapıb, neçə gündür şərqdən, cənubdan Kiyevə toplananları üzü qərbə yola salırdılar. Oradan da ya Polşaya, ya Moldovaya, ya da Rumıniyaya keçməyə çalışacaqdılar. Çoxu da qadınlar və uşaqlar idi. Perona düşüb azərbaycanlılardan çəkiliş etməyə başladım.

- Mübariz sizsiniz? Jurnalist... - vaqonların birinin pəncərəsindən kimsə məni səslədi. Ortayaşlı bir azərbaycanlı kişi idi.

- Bəli - deyə, pəncərəyə yaxınlaşdım.

- Sizdən xahiş edirəm. İmkanınız daxilində Xarkovla əlaqə yaradın. Orada xeyli azərbaycanlı qalıb. Hər yeri vururlar. Nə qatarlar normal işləyir, nə də şəhərdən çıxmağa maşın tapılır... Fəxri konsulluq köçüb gedib Lvova. Diaspor rəhbərlərindən də tanıdıqlarımıza düşə bilmirik.

- Mən sizə nömrəmi verim, zəng etsinlər. Amma nəzərə alın ki, mən özüm də Kiyevdə təkəm... Bacardığımı edərəm.

Nömrəmi verib uzaqlaşdım.

Həqiqətən də həmin vaxt Oleq Krapivin istisna olmaqla Kiyevdə başqa diaspor rəhbəri yox idi. Ümumiyyətlə, Ukraynada yox idilər. Mən tanıdıqlarım, ikisi də artıq ya Avropada, ya da Azərbaycanda idilər.

Çəkilişimə davam etməyə başladım. İnsanlar necə gəldi vaqonlara doluşurdular. Gözlərimin önünə İkinci Dünya müharibəsi ilə bağlı baxdığım filmlər gəldi.

Çünki xəbər vardı ki, bu qatar son ümiddir və bundan sonra ölkədən təxliyə fərdi olaraq kim necə bacardı özünün öhdəsinə qalacaq.

Vaqonlar azərbaycanlılarla sürətlə dolurdu. Eləsi vardı ki, xanımını, uşaqlarını mindirib özü qalırdı. Qalırdı deyə uşaqlarına vidalaşmaq üçün elə sarılırdılar ki, ayrıla bilmirdilər. Vağzal həsrət adasına çevrilmişdi. Dəhşətli mənzərə idi.

Həmin gün minə qədər azərbaycanlı Kiyevdən üzü qərbə bu qatarla yola düşdü...

Çəkilişi bitirib, hava həyəcan siqnallarının, "indi harasa, bəlkə də yanıma düşəcək raket" düşüncəsini qova-qova evə qayıtdım. Bir naməlum nömrədən zəng gəldi:

- Salam. Mübarizdir? - yaşlı bir azərbaycanlı qadın səsi idi.

-Bəli.

- Sizin nömrəni bu gün Kiyevdən keçib gedənlər verdi. Oğul, qurban olaram, kömək edin. Qalmışam Xarkovda. Təkəm. Qaldığım yerdən iki-üç kilometrdir dəmir yol vağzalı, ora belə gedib çata bilmirəm. Hər addım başı bomba düşür. Atışma gedir. Heç getsəm də, deyirlər dəmir yolunda bilet satışı yoxdur çoxdan, basabasdır oralar. Heç kimə düşə bilmirəm bizimkilərdən, nə fəxri konsulluğa, nə diaspora, nə də səfirliyə.

- Anladım. Sizi indi çalışaram səfirliklə əlaqələndirim. Xarkovda tanıdığım yoxdur təəssüf ki... Amma siz çalışın panikaya düşməyin, çalışaram nəsə edim. Zirzəmidən çıxmayın atışma eşidəndə - deyə, qadına təskinlik versəm də, özüm həyəcandan adını belə soruşmağı unutdum.

Amma təzədən onu soruşmağa vaxt itirməkdənsə tez səfirlikdə qalan Sabir Rzayevə zəng edib vəziyyəti bildirdim. Çünki həmin an itirilən bir neçə dəqiqə belə bir insan həyatına baha başa gələ bilərdi.

Sabir Rzayev bir neçə zəngdən sonra telefona cavab verib, durumu dinləyib dedi ki, onun nömrəsini qadına verim, oradan avtobuslar çıxmalıdır, onlarla əlaqələndirəcək. Sevincək qadına zəng edib Sabirin nömrəsini verdim. Bunu eşidən qadının sevincinin həddi hüdudu yox idi. Sanki ölümdən xilas olurdu...

Evə qalxmışdım, daha bir zəng gəldi. Yenə Xarkovdan. Azərbaycana məxsus 3 çoxtonnajlı yük maşınının sürücüləri - ikisi yaralı olmaqla Xarkovda qalıblar. Çıxa bilmirlər. Hər üçü Azərbaycan vətəndaşlarıdır.

Belə ki, müharibə başlayan gün hər üçü Ukrayna-Rusiya sərhədində, Xarkov vilayəti istiqamətində, gömrük növbəsində imişlər. Qəfil hücum edib sərhədi keçən Rusiya ordusunun əlinə düşürlər. Bir gün saxlayıb buraxılar üzü Xarkova tərəf. Bunları qarşılayan Ukrayna döyüşçüləri gülləyə basır. İkisi yaralanır, sonra xəstəxanaya çatdırılırlar. Birinin yarası baxımsızlıqdan hətta dərinləşib.

Zəng edib bunu da səfirliyə bildirdim.

Təkbaşına küçələrdə çəkilişlərə davam edirdim. Səhər Xarkovdakı həmin qadından zəng gəldi. Bildirdi ki, Sabir Rzayev bu gün tezdən ona Xarkovdan çıxan avtobus söz versə də, alınmayıb. İndi isə telefonuna cavab vermir:

- Küçədə od ələnir sanki. Bu gün daha pis vururlar buranı...

- Zirzəmidən çıxmayın, çalışaram kimisə tapım.

- Yox oğul, daha belə zirzəmidə oturub gözləyəsi deyiləm. Bu ölümü gözləməkdir. Çıxıb dəmir yol vağzalına tərəf gedirəm, ya piyada, ya qarşıma çıxan maşınla... Nə olar, olar. Kimisə tapsanız, xahiş edirəm, deyin - deyib, sağollaşıb telefonu asdı.

Sabir Rzayevlə danışdım, dedi zənglər çoxdur, indi o, qadını yığacaq, oradan avtobus

#Cəmiyyət#Rusiya-Ukrayna_münaqişəsi#Ukrayna#Rusiya_Federasiyası#Kiyev

Oxşar Xəbərlər

Azərbaycan səhnəsinin "Qayınana"sı: Nəsibə Zeynalovanın doğum günüdür - VİDEOCəmiyyət

Azərbaycan səhnəsinin "Qayınana"sı: Nəsibə Zeynalovanın doğum günüdür - VİDEO

20 aprel Xalq artisti, Azərbaycan Dövlət Mükafatı Laureatı, görkəmli satira ustası Nəsibə Zeynalovanın doğum günüdür.

Bu gün
10:360
Aprelin 26-da imtahan verəcək ŞAGİRDLƏRİN NƏZƏRİNƏ - DİM-dən MÜRACİƏTCəmiyyət

Aprelin 26-da imtahan verəcək ŞAGİRDLƏRİN NƏZƏRİNƏ - DİM-dən MÜRACİƏT

Aprelin 26-da Bakı şəhərinin Sabunçu (II hissə), Nizami, Xəzər (II hissə) və Nəsimi rayonlarında, Sumqayıt (II hissə), Abşeron (II hissə), Naxçıvan, Göygöl, Goranboy, Naftalan, Gədəbəy, Tovuz, Qax, Balakən, Zaqatala, Lerik, Cəlilabad (II hissə), Masallı (II hissə), Bərdə, Tərtər, Göyçay, Saatlı, Salyan, Kürdəmir, İsmayıllı, Sabirabad (II hissə), Xaçmaz (II hissə), Quba (II hissə), Ağdərə (Talış, Göyarx, Həsənriz, Şıxarx, Suqovuşan kənd orta məktəbləri), Laçında (Şəhər 2 nömrəli tam orta məktəb,

Bu gün
10:200
General-mayor Mais Bərxudarovun doğum günüdürCəmiyyət

General-mayor Mais Bərxudarovun doğum günüdür

Bu gün general-mayor Mais Bərxudarovun doğum günüdür.

Bu gün
10:040
General-leytenant Mais Bərxudarovun doğum günüdürCəmiyyət

General-leytenant Mais Bərxudarovun doğum günüdür

Bu gün general-leytenant Mais Bərxudarovun doğum günüdür.

Bu gün
10:040