
Məktəb həyətində ağzı açıq qalan quyu narahatlıq yaratdı: "Uşaq düşə bilər" - FOTOFAKT
Bakının Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsində yerləşən məktəbin həyətində lüksüz kanalizasiya quyusunun olması valideynlərin narahatlığına səbəb olub.
Bakının Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsində yerləşən məktəbin həyətində lüksüz kanalizasiya quyusunun olması valideynlərin narahatlığına səbəb olub.
Gundem.today xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə paylaşım edilib.
Valideynlər qeyd ediblər ki, Nadir Əliyev adına 282 nömrəli məktəbin həyətində yerləşən kanalizasiya quyusunun ağzının açıq olması xüsusilə azyaşlı şagirdlər üçün ciddi təhlükə yaradır və hər an hansısa uşağın ehtiyatsızlıqdan quyuya düşmə riski var.
Gundem.today-ın sorğusuna cavab olaraq 282 nömrəli məktəbdən bildirilib ki, yaxınlıqdakı kanalizasiya quyusu məktəbin qarşısındakı yaşayış binasına aiddir.
"Məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət olunub, bununla bağlı binanın komendantı da məlumatlandırılıb. Ümumilikdə, həmin quyu şagirdlərin məktəbə gəliş-gediş yolunun üzərində olmasa da, məktəb rəhbərliyi tərəfindən uşaqların təhlükəsizliyinin təmin olunması məqsədilə müvəqqəti tədbir kimi quyunun ağzı taxta ilə bağlanıb", - deyə məlumatda bildirilir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətNazirlikdən küləkli və qeyri-sabit hava şəraiti ilə əlaqədar ƏHALİYƏ MÜRACİƏT
"Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlər ərzində ayrı-ayrı yerlərdə intensiv yağış yağacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi, şimşək çaxacağı və arabir güclü külək əsəcəyi proqnozlaşdırılır. Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi müvafiq təhlükəsizlik qaydalarını bir daha xatırladır. Belə ki, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hün
CəmiyyətGeneral Müşfiq Məmmədov İŞDƏN ÇIXARILDI
Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin rəisi, general-mayor Müşfiq Məmmədov vəzifəsindən azad edilib.
CəmiyyətHava ilə bağlı yol polisindən sürücülərə MÜRACİƏT
Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, həftəsonu paytaxta və respublikanın ayrı-ayrı rayonlarında havanın küləkli olacağı, yağış yağacağı gözlənilir. Qeyd edilən əlverişsiz hava yol hərəkəti təhlükəsizliyi baxımından sürücülərdən daha diqqətli olmağı tələb edir.
Cəmiyyət"Üfunətdən keçmək olmur" - Kürdəxanı sakinləri boğaza yığılıblar - VİDEO
Bakının Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Mehdi Məmmədov küçəsi, 17, yeni yaşayış massivində antisanitar vəziyyət hökm sürür.