Son dəqiqə
Xarici İşlər Nazirliyində işləmək istəyənlərin NƏZƏRİNƏPolis kursantları Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş fləşmob keçirblər - FOTO - VİDEOParisin Cənubi Qafqaz siyasətinin pərdəarxası: İnsan haqları ritorikası altında geosiyasi maraqlar? - VİDEOŞəhid xanımına leytenant rütbəsi təqdim olundu - FOTO"Report" Analitik Qrupundan Rusiyanın "Birinci kanal"ına tərs şillə"Real Madrid"də nələr baş verir? - Alonsonun gedişi komandanı iki yerə bölübmüş
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Kriminal
  3. Məktəbin gözətçisi direktor müavinini söydü, xadiməni yumruqla vurdu
Məktəbin gözətçisi direktor müavinini söydü, xadiməni yumruqla vurdu
Kriminal

Məktəbin gözətçisi direktor müavinini söydü, xadiməni yumruqla vurdu

31 mart 2026
12:14
2 baxış
Paylaş:

Sumqayıt Apellyasiya Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Cəsur Fərəcovun (adı və soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Sumqayıt Apellyasiya Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Cəsur Fərəcovun (adı və soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Gundem.today Pravda.az-a istinadən xəbər verir ki, hakim Elçin Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, Sumqayıt Şəhər Məhkəməsinin hökmü dəyişdirilib, "Konstitusiya və Suverenlik İli" münasibətilə amnistiya elan edilməsi ilə bağlı Milli Məclisin 19 dekabr 2025-ci il tarixli qərarının 2.6-cı bəndinə görə, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından azad olunub. Cəsur Fərəcov barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilib.

İttihama görə, hadisə 2025-ci il mayın 14-də saat 9 radələrində Sumqayıt şəhərinin 9-cu mikrorayon ərazisində yerləşən 22 saylı orta məktəbin binasında qeydə alınıb.

Belə ki, Cəsur Fərəcov gözətçi kimi çalışdığı məktəbin dəhlizində direktor müavini T.T. ilə yüksək səslə söyüş və təhqiredici ifadələrlə müşayiət olunan mübahisə edərək cəmiyyətə açıq hörmətsizlik nümayiş etdirib.

Hadisə zamanı onun qanunsuz davranışlarının qarşısını almaq məqsədilə məktəbdə xadimə işləyən zərərçəkmiş Sənanə Səfərova (adı və soyadı şərtidir) mübahisəyə müdaxilə edərək tərəfləri sakitləşdirməyə və vəziyyəti nəzarət altına almağa çalışıb. Qadın bu məqsədlə direktor müavinini xidmət otağına aparıb. Lakin təqsirləndirilən şəxs aqressiv davranışlarını davam etdirərək həmin otağa daxil olub və orada da ictimai qaydanı pozan hərəkətlərini davam etdirib.

İstintaqla müəyyən edilib ki, Cəsur zərərçəkmiş şəxsin sağ qol nahiyəsinə qəsdən yumruqla bir zərbə vurub. Nəticədə Sənanə Səfərova sağ bazu oynağında hərəkətin çətinləşməsinə səbəb olan yumşaq toxumaların şişkinliyi və qançırdan ibarət, sağlamlığa yüngül zərərvurmaya aid xəsarət alıb.

Beləliklə, Cəsur Fərəcovun hərəkətləri ictimai qaydanın pozulmasının qarşısını alan şəxsə müqavimət göstərməklə, zor tətbiqi ilə müşayiət olunan qərəzli xuliqanlıq kimi qiymətləndirilib.

Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə o, təqsirli bilinərək bir il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdi.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

Oxşar Xəbərlər

Sevdiyi qızı qaçıran gəncə hökm oxunubKriminal

Sevdiyi qızı qaçıran gəncə hökm oxunub

Sevdiyi qızı qaçırtmaqda təqsirləndirilən İsgəndər İsgəndərov və dostu Əlisaab Abdullayevin cinayət işi üzrə məhkəmə yekunlaşıb.

8 may 2026
17:200
Etibar Məmmədovun villasından minlərlə dolları oğurlayan şəxs: "Pulları Bilgəhdə qızlara xərclədim"Kriminal

Etibar Məmmədovun villasından minlərlə dolları oğurlayan şəxs: "Pulları Bilgəhdə qızlara xərclədim"

Bakının Sabunçu rayonunda yeniyetmə oğlan villadan oğurluq edib.

8 may 2026
14:280
Hindistanda ata pis qiymət alan qızını mişarla öldürdü - FOTOKriminal

Hindistanda ata pis qiymət alan qızını mişarla öldürdü - FOTO

Hindistanın Maharaştra ştatının hüquq-mühafizə orqanları doqquz yaşlı övladına mişarla xəsarət yetirən şəxsi saxlayıb. Azyaşlının həyatını xilas etmək mümkün olmayıb.

8 may 2026
13:400
Hacıqabulda 16 yaşlı qızla oğluna toy edən ataya HÖKM OXUNDUKriminal

Hacıqabulda 16 yaşlı qızla oğluna toy edən ataya HÖKM OXUNDU

Hacıqabulda 23 yaşlı oğlu ilə 16 yaşlı qızı evləndirən ataya hökm oxunub.

8 may 2026
12:520