Son dəqiqə
Avtomobillərin gömrük rəsmiləşdirilməsi ilə bağlı DƏYİŞİKLİKRusiyada azərbaycanlı tələbəni sosial şəbəkədə təhqir edən müəllimə işdən çıxdıDiplomatların şəxsi baqajları gömrük baxışından azad olunacaqSürücülərin NƏZƏRİNƏ: İçərişəhərdə nəqliyyatın hərəkəti məhdudlaşdırılırAvtoxuliqanlıq edib videosunu sosial şəbəkədə paylaşan sürücü həbs edildiİsrail HƏMAS komandirini öldürdü
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Kriminal
  3. Məşhur meyxanaçının qızı "Beniz"in məhkəməsində ifadə verdi: "Adımdan yazılanlara təəccüb edirəm"
Məşhur meyxanaçının qızı "Beniz"in məhkəməsində ifadə verdi: "Adımdan yazılanlara təəccüb edirəm"
Kriminal

Məşhur meyxanaçının qızı "Beniz"in məhkəməsində ifadə verdi: "Adımdan yazılanlara təəccüb edirəm"

Bu gün
19:24
0 baxış
Paylaş:

Hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən "Beniz" ləqəbli tiktoker Aybəniz Xəlilovanın cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.

Hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən "Beniz" ləqəbli tiktoker Aybəniz Xəlilovanın cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.

Gundem.today-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə şahid ifadələri dinlənilib.

Şahid A.F. ifadəsi zamanı Aybəniz Xəlilovanı şəxsən tanımadığını, onu yalnız sosial şəbəkələrdən iş adamı Xalid Kərimovun tanışı kimi bildiyini deyib. Şahid, həmçinin heç bir polis bölməsində və ya müstəntiqin yanında ifadə vermədiyini bildirib. İbtidai istintaq dövründə guya onun adından verilmiş ifadə məhkəmədə elan edildikdən sonra şahid buna təəccübünü gizlədə bilməyib:

"Mənim ümumiyyətlə bu ifadədən xəbərim olmayıb, heç yerdə ifadə verməmişəm və heç bir sənədə imza atmamışam".

* Sevgilisindən 800 min manat tələb edən tiktoker "Bəniz" hakim qarşısında

* Təqsirləndirilən tiktoker "Beniz": "İki ildə "TikTok"dan 306 min manat qazanmışam"

* Tiktoker "Beniz"in məhkəməsində şok etiraf: "Suraxanıya düşsün deyə kartına 500 manat atdım"

İstintaq materiallarındakı imzalara baxarkən şahid onların öz imzasına oxşadığını etiraf etsə də, həmin sənədlərdən və ifadələrdən xəbərsiz olduğunu vurğulayıb.

Şahidin ifadəsindən məlum olub ki, o, tanınmış meyxanaçı Elşən Xəzərin qızıdır və şəhid, qazi ailələrinə yardım göstərməklə məşğuldur. Zərərçəkən Xalid Kərimovu da bu yardımlar çərçivəsində tanıdığını, onunla başqa bir əlaqəsinin olmadığını bildirib:

"Mən onun şəxsi həyatı ilə maraqlanmamışam və buna cəhd də etməmişəm, eləcə də Aybəniz xanımın. Adımdan yazılan ifadələrə təəccüb edirəm, bu necə ola bilər? Mən heç vaxt elə şərait yaratmamışam ki, kimsə şəxsi həyatıma müdaxilə etsin və məni şantaj etsin".

Qeyd edək ki, şahidin adından tərtib olunan ifadədə guya Aybəniz Xəlilovanın Xalid Kərimovla yaxınlığını əsas gətirərək onu şantaj etdiyi və əlindəki fotoları sosial şəbəkələrdə yayacağı ilə hədələdiyi iddia edilib.

Vaxt məhdudiyyəti səbəbindən məsələyə tam aydınlıq gətirilməyib və müzakirə növbəti prosesə saxlanılıb. Məhkəmə iclası mayın 5-nə təyin edilib.

Xatırladaq ki, tiktoker barəsində sevgili olduğu X.Kərimov Suraxanı Rayon Polis İdarəsinə şikayət edib. Hüquq-mühafizə orqanları tərəfindən tiktoker barəsində Cinayət Məcəlləsinin 182.2.2 (hədə-qorxu ilə tələb etmə, təkrar törədildikdə) və 182.2.4-cü (hədə-qorxu ilə tələb etmə, xeyli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə) maddələri ilə cinayət işi başlanıb. Şikayətçi ərizəsində Aybəniz Xəlilovanın ondan hissə-hissə olmaqla 836 min manat pul tələb etdiyini göstərib.

Elgün Həsənli

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Kriminal#Bakı_Ağır_Cinayətlər_Məhkəməsi#Cinayət_Məcəlləsi#Sosial_şəbəkələr#Hədə-qorxu_ilə_tələb_etmə#Aybəniz_Xəlilova

Oxşar Xəbərlər

"İdrak" liseyində güllələnən müəllimə İŞDƏN ÇIXIB? - Vəkili açıqladıKriminal

"İdrak" liseyində güllələnən müəllimə İŞDƏN ÇIXIB? - Vəkili açıqladı

"İdrak" liseyində silahlı insidentdə xəsarət alan müəllimə Şəhla Kamilovanın işindən ayrıldığı ilə bağlı deyilənlər həqiqəti əks etdirmir.

Bu gün
16:280
Piyadaların ölümünə səbəb olan qəzalar necə qiymətləndirilir? - Ali Məhkəmədən mühüm qərarKriminal

Piyadaların ölümünə səbəb olan qəzalar necə qiymətləndirilir? - Ali Məhkəmədən mühüm qərar

Azərbaycan Respublikasının Ali Məhkəməsində yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi üzrə qərar qəbul edilib.

Bu gün
15:360
Nazir oğlunu aldadan məşhur maliyyəçiyə qarşı başqa ittihamlar var imiş - TƏFƏRRÜATKriminal

Nazir oğlunu aldadan məşhur maliyyəçiyə qarşı başqa ittihamlar var imiş - TƏFƏRRÜAT

Milyonluq dələduzluqda ittiham olunan "Azfinance İnvestisiya Şirkəti" QSC-nin direktoru İntiqam Səfərəliyevin məhkəmə istintaqı başlayıb.

Bu gün
14:360
40 min manatlıq oğurluq edən keçmiş məhkum ƏLƏ KEÇDİKriminal

40 min manatlıq oğurluq edən keçmiş məhkum ƏLƏ KEÇDİ

Abşeron rayonu ərazisində yerləşən evlərin birindən 40 min manat dəyərində inşaat materialları, kombi aparatı və avtomobil ehtiyat hissələri oğurlanıb.

Bu gün
14:040