
Məşhur "Qulluqçu" romanının sirli müəllifi kimliyini açıqladı
Sidni Suini və Amanda Seyfridin baş rolları ifa etdiyi "Qulluqçu" filminə ilham verən ədəbi əsərin müəllifi əsl adını ictimaiyyətə açıqlayıb. Məlum olub ki, illərdir Frida Makfadden təxəllüsü ilə fəaliyyət göstərən şəxs əslində Sara Koen adlı qadındır.
Sidni Suini və Amanda Seyfridin baş rolları ifa etdiyi "Qulluqçu" filminə ilham verən ədəbi əsərin müəllifi əsl adını ictimaiyyətə açıqlayıb. Məlum olub ki, illərdir Frida Makfadden təxəllüsü ilə fəaliyyət göstərən şəxs əslində Sara Koen adlı qadındır.
Gundem.today xəbər verir ki, bu barədə "Deadline" nəşri xəbər yayıb.
45 yaşlı Sara Koen kəllə-beyin travmaları sahəsində ixtisaslaşan peşəkar həkimdir. O, ilk dəfə 2013-cü ildə "Şeytan tibb işçisi forması geyinir" adlı romanını təqdim edib. Yazıçıya əsas populyarlığı 2022-ci ildə işıq üzü görən və eyniadlı trillerin ssenarisi üçün baza rolunu oynayan "Qulluqçu" əsəri qazandırıb. Koen 2023 və 2024-cü illərdə əsərin davam hissələrini də oxuculara təqdim edib.
Əsərlərini gizli adla qələmə alan müəllif, uydurma adın arxasında üç fərqli kişi yazıçının olduğuna dair gəzən şayiələrdən yorulduğu üçün həqiqəti etiraf etmək qərarına gəlib. Sara Koen kimliyini gizli saxlamaq səbəbini belə izah edib:
"Mənim əsas hədəfim tibb sahəsindəki işimdən ayrılmağa hazır olana qədər bu faktı gizli saxlamaq idi. İstəmirdim ki, iş yoldaşlarım bunu qəfil öyrənsinlər və bu hal mənim peşəkar fəaliyyətimi riskə atsın. Artıq işimdən çıxmışam. Hazırda ayda sadəcə bir-iki dəfə növbəyə gedirəm".
Rejissor Pol Fiqin lentə aldığı "Qulluqçu" filmi tamaşaçılara 2025-ci ildə təqdim olunub. Ekran işi 35 milyon dollarlıq büdcə qarşılığında 399 milyon dollar kassa yığımı əldə edərək böyük uğur qazanıb. Filmin ikinci hissəsinin premyerasının isə 2027-ci ildə keçirilməsi planlaşdırılır.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Şou-biznesAlla Puqaçovanın Moskvadakı lüks mənzili satışa çıxarıldı - Qiyməti dodaq uçuqladır
Rusiyalı müğənni Alla Puqaçovaya məxsus, Moskvanın Arbat ərazisində yerləşən mənzil 5 milyon dollar (təxminən 465 milyon rubl) dəyərində satışa çıxarılıb.
Şou-biznesCNN-dən böyük səhv: Sağ olan aktyor haqqında "vida videosu" yayımlandı
ABŞ-nin CNN telekanalı Maykl Cey Foks haqqında səhvən onun xatirəsinə həsr olunmuş video yayımlayıb.
Şou-biznesTürkiyədə müğənni Yusuf Güney narkotik təbliğinə görə saxlanıldı
Türkiyəli müğənni Yusuf Güney narkotik tərkibli olduğu bildirilən "Ayahuaska çayı" ilə bağlı açıqlamalarına görə saxlanılıb.
Şou-biznesMəhşur reper qalmaqallı ittihamdan sonra azadlığa çıxa bilərmi?
Fahişəlik məqsədilə insan daşımaqda təqsirli bilinərək dörd ildən artıq azadlıqdan məhrum edilən ABŞ-li reper P.Diddinin (əsl adı Şon Kombs) hüquq müdafiəçiləri cümə axşamı Nyu-York və digər ştatların işlərini icra edən İkinci ABŞ Dairə Apellyasiya Məhkəməsinə müraciət edəcəklər.