
Milli Qəhrəman Albert Aqarunovun doğum günüdür
Aprelin 25-i Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun doğum günüdür.
Aprelin 25-i Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun doğum günüdür.
Gundem.today xatırladır ki, Albert Aqarunov 1969-cu ildə Bakı şəhərində anadan olub.
Suraxanı rayonundakı 154 saylı məktəbin səkkizinci sinfini bitirərək peşə məktəbində sürücü-mexanik peşəsinə yiyələnib.
1987-ci ildə hərbi xidmətə çağırılan Albert xidməti vəzifəsini Gürcüstanda yerinə yetirib və tank komandiri olub. Daha sonra Bakıya qayıdaraq Suraxanıda Maşınqayırma Zavodunda işləyib.
Vətənimizin dar günündə Albert Aqarunov könüllü olaraq cəbhəyə yollanıb. Albert tank komandiri təyin edilib və Şuşa cəbhəsinə yollanıb. O, Xankəndi, Daşaltı, Cəmilli istiqamətində gedən döyüşlərdə erməni faşistlərin xeyli canlı qüvvəsini və zirehli texnikasını məhv edib.
8 may 1992-ci ildə Şuşada səhər tezdən erməni quldurların tankları görünüb. Albert düşmən tanklarından birini yaxın məsafədən tək atəşlə məhv edib, yenidən irəli atılan vətən oğlu növbəti sərrast atəşi ilə daha bir düşmən tankını məhv edib. Sevincdən məhv etdiyi tanklara baxmaq istəyən Albert snayper gülləsinə tuş gəlib və döyüş meydanında qəhrəmancasına həlak olub.
Albert Qarabağ müharibəsində əfsanəyə çevrilmişdi. Hətta o dövrdə hər kəs tankını "Albert" adlandırırdı. Ermənilər onun başına pul mükafatı qoymuşdular.
Subay olub.
Albert Aqarunoviç Aqarunov Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı Fərmanı ilə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.
Bakıda Şəhidlər xiyabanında dəfn edilib.
Vaxtilə təhsil aldığı 154 saylı orta məktəb onun adını daşıyır.
Albert Aqarunovun Suraxanı rayonunun Əmircan qəsəbəsində yaşadığı binaya xatirə lövhəsi vurulub, təhsil aldığı məktəbin önündə büstü qoyulub.
Eyni zamanda, 2019-cu ildə Nərimanov rayonu ərazisində Albert Aqarunovun heykəli ucaldılıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Cəmiyyət"Kompüter elmləri" ixtisasını hədəfləyən Emiliya repetitor yanına getmədən uğur qazandı - VİDEO
Repetitor köməyi olmadan yüksək nəticə əldə edən şagirdlərin sayı artmaqdadır. Budəfəki uğur hekayəsinin qəhrəmanı 11-ci sinif şagirdi Emiliya Qayıbovadır. O, buraxılış imtahanında göstərdiyi yüksək nəticə ilə təhsil aldığı məktəbin fəxrinə çevrilib.
Cəmiyyətİmtahanda yüksək bal toplayan bacılar: Biri memar, digəri hüquqşünas olmaq istəyir - VİDEO
Bir ailənin iki övladı, əkiz bacılar Burlaxatun və Banuçiçək buraxılış imtahanlarında göstərdikləri uğurlu nəticələrlə valideynlərini sevindiriblər.
CəmiyyətSüni sıxlıq yaradan avtomobillər: İctimai nəqliyyatın yolu niyə kəsilir? - VİDEO
Bakının Binəqədi rayonu, 9-cu mikrorayon, Adil Məmmədov küçəsində nəqliyyatın hərəkətində ciddi problemlər yaşanır. Yolun hər iki tərəfində sistemsiz parklanma ictimai nəqliyyatın hərəkətini iflic edib.
CəmiyyətAzərbaycanda cinayət törədən azyaşlılar necə islah olunurlar? - VİDEO
Son illər azyaşlılar tərəfindən törədilən hüquq pozuntuları narahatlıq doğuran mövzulardan birinə çevrilib.