
Mina qurbanlarının ailələri ilə bağlı güzəştin qüvvəyə minəcəyi VAXT AÇIQLANDI - FOTO
Minatəmizləmə zamanı həlak olanların dövlət və özəl ali məktəblərdə və ya kolleclərdə ödənişli əsaslarla təhsil alan ailə üzvlərinin təhsil haqları dövlət büdcəsi hesabına qarşılanır.
Minatəmizləmə zamanı həlak olanların dövlət və özəl ali məktəblərdə və ya kolleclərdə ödənişli əsaslarla təhsil alan ailə üzvlərinin təhsil haqları dövlət büdcəsi hesabına qarşılanır.
Gundem.today APA-ya istinadən xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin əməkdaşı Cabbar Hüseynli jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, qanun sentyabr ayından qüvvəyə minəcək:
"Azad olunmuş ərazilərdə infrastrukturun bərpası, əhalinin geri qayıdışına uyğunlaşmanın təmin edilməsi və sosial-iqtisadi inkişafın sürətləndirilməsi məqsədilə genişmiqyaslı tədbirlər həyata keçirilir. Bu çərçivədə aparılan mina və partlayıcı maddələrdən təmizləmə işləri mühüm əhəmiyyət daşıyır. Lakin bu fəaliyyətlər zamanı mina partlayışları nəticəsində bədbəxt hadisələr baş verib, nəticədə həyatını və ya sağlamlığını itirən şəxslər olub. Bu kimi hallarda zərərçəkmiş şəxslərin və onların ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə dövlət tərəfindən müvafiq tədbirlər görülür. Qanunvericiliyə edilmiş son dəyişikliklərə əsasən, mina partlayışı nəticəsində zərərçəkmiş şəxslərin ailə üzvləri üçün əlavə sosial təminat mexanizmləri tətbiq olunur. Bu çərçivədə dövlət və özəl orta ixtisas və ali təhsil müəssisələrində ödənişli əsaslarla təhsil alan şəxslərin təhsil haqları dövlət büdcəsi hesabına qarşılanır".
Nazirlik əməkdaşı qeyd edib ki, qanunvericilikdə edilmiş dəyişikliklərdən əvvəl baş vermiş hadisələr nəticəsində zərərçəkən şəxslərin ailə üzvlərinin də sosial müdafiəsinin təmin olunması üçün əlavə tədbirlərin görülməsi nəzərdə tutulur.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətÖlkənin bəzi ərazilərinə qar yağır - FAKTİKİ HAVA
Mayın 6-sı saat 15:00-a olan faktiki hava açıqlanıb.
CəmiyyətBirinci sinfə şagird qəbulu BAŞLADI
2026-2027-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulu başlayıb.
CəmiyyətBaytarlıq aptekində istifadə müddəti bitmiş preparatlar aşkarlandı, sahibkar cəzalandırıldı - FOTO
Ağcabədi rayonunun Hacıbədəlli kəndində fəaliyyət göstərən, Məmmədov Yusif Mərdan oğluna məxsus baytarlıq aptekində yoxlama keçirilib.
CəmiyyətNaxçıvanda daha bir həkim öldü - FOTO
Naxçıvanda həkim-infeksionist Abdulla Babayev vəfat edib.