Son dəqiqə
Azərbaycanda qastroturizmin inkişafına töhfə: 10 ölkənin qatıldığı kulinariya çempionatı - FOTOREPORTAJ"Yol hərəkəti haqqında" Qanunda dəyişiklik edildiİcra məmurlarının hüquqlarına dəyişiklik edildiPrezident Efiopiya ilə sazişi təsdiqlədiQızıl xeyli bahalaşdıABŞ-də federal işçi Trampı hədələməkdə ittiham olunur
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. İqtisadiyyat
  3. Azərbaycanda vətəndaşlar maaş bankını sərbəst seçə biləcəklər
Azərbaycanda vətəndaşlar maaş bankını sərbəst seçə biləcəklər
İqtisadiyyat

Azərbaycanda vətəndaşlar maaş bankını sərbəst seçə biləcəklər

Bu gün
15:22
0 baxış
Paylaş:

Azərbaycan Mərkəzi Bankı (AMB) yaxın aylarda bank sektorunda əmək bürokratizasiyası həyata keçirməyi planlaşdırır.

Azərbaycan Mərkəzi Bankı (AMB) yaxın aylarda bank sektorunda əmək bürokratizasiyası həyata keçirməyi planlaşdırır.

Gundem.today "Report"a istinadən xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov bu gün keçirdiyi mətbuat konfransında bildirib.

"Bankların xərcləri artır. Çünki bir tərəfdən, son illər inflyasiya yüksək olub, digər tərəfdən isə bu sektorda dayanıqlılığın təmin edilməsi üçün əlavə tələblər qoymuşuq. Xüsusilə informasiya texnologiyaları (İT) infrastrukturu, kibertəhlükəsizlik, informasiya təhlükəsizliyi üçün indiyə qədər olmamış tələblər qoyulub. Həmçinin dövlətin tənzimlədiyi qiymətlərin artımı bankların xərclərinə təsir edir. Üstəlik, rəqabət güclüdür, bu da faizlərə təsirini göstərəcək.

Əsas istəyimiz odur ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə müvafiq inteqrasiyaları həyata keçirək, həm dövlət, həm özəl sektorda çalışan şəxslər istədiyi bankdan maaşını ala bilsin. Növbəti mərhələdə bu, pensiyaçılara da aid olacaq, xüsusilə Bakı şəhərini və Abşeron rayonunu əhatə edəcək. Ümumilikdə biz bu prosesi vətəndaş üçün çox sadə etmək istəyirik. Odur ki, həm İT infrastrukturu, həm də proqram təminatı nöqteyi-nəzərindən işlər görülməlidir. Yəqin ki, üç-dörd aya biz buna nail olacağıq", - deyə o qeyd edib.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#İqtisadiyyat#Azərbaycan_Mərkəzi_Bankı#AMB#Taleh_Kazımov#bank_sektoru#maaş_kartları#əməkhaqqı_bankının_seçilməsi#əmək_bürokratizasiyası#bank_xərcləri#kibertəhlükəsizlik#pensiya_kartları

Oxşar Xəbərlər

Qızıl xeyli bahalaşdıİqtisadiyyat

Qızıl xeyli bahalaşdı

"Comex" ticarət birjasında 2026-cı ilin iyun ayı üzrə tədarük ediləcək qızıl füçerslərinin dəyəri 2026-cı il aprelin 27-dən bu yana ilk dəfə olaraq bir troy unsiyası üçün 4 700 dollar həddini aşıb.

Bu gün
16:400
Qaz yanacağı ilə işləyən avadanlıqlarla bağlı YENİ QƏRARİqtisadiyyat

Qaz yanacağı ilə işləyən avadanlıqlarla bağlı YENİ QƏRAR

"Qaz yanacağı ilə işləyən qurğu və avadanlıqların təhlükəsizliyi haqqında Texniki Reqlament (TR 001/2026/АZ)" təsdiq edilib.

Bu gün
15:510
Bakının ən böyük sənaye parkının ərazisi genişləndirilirİqtisadiyyat

Bakının ən böyük sənaye parkının ərazisi genişləndirilir

Paytaxtın ən böyük sənaye parklarından olan Balaxanı Sənaye Parkının ərazisinin genişləndirilməsi ilə əlaqədar infrastrukturun yaradılması üzrə layihə-smeta sənədləri hazırlanması işlərinə başlanılacaq.

Bu gün
13:560
Mərkəzi Bank AÇIQLADI: Nəqliyyatda kartlardan vəsait niyə sonradan tutulur? - FOTOİqtisadiyyat

Mərkəzi Bank AÇIQLADI: Nəqliyyatda kartlardan vəsait niyə sonradan tutulur? - FOTO

"Kartdan ödəniş zamanı sinxronizasiya - bu cür mexanizm nəqliyyat ödəniş sistemlərində normal praktika hesab olunur və bir çox ölkələrdə tətbiq edilir".

Bu gün
13:160