
Misli Premyer Liqasında daha üç oyun keçiriləcək
Bu gün futbol üzrə Misli Premyer Liqasında XXVI tura yekun vurulacaq.
Bu gün futbol üzrə Misli Premyer Liqasında XXVI tura yekun vurulacaq.
Gundem.today xəbər verir ki, son oyun günündə üç qarşılaşma keçiriləcək.
Günün ilk matçında "İmişli" "Turan Tovuz"u qəbul edəcək. Quba Olimpiya İdman Kompleksinin stadionunda oynanılacaq qarşılaşma saat 15:00-da başlayacaq.
Digər oyunda isə avrokuboklara vəsiqə qazanmaq uğrunda mübarizə aparan "Zirə" "Şamaxı"nı sınağa çəkəcək. Zirə İdman Kompleksinin stadionunda keçiriləcək matç saat 17:15-də start götürəcək.
Turun son qarşılaşmasında isə "Araz-Naxçıvan" klubu lider "Sabah"la üz-üzə gələcək. "Liv Bona Dea Arena"da keçiriləcək bu matç saat 19:30-da start götürəcək.
7 aprel
15:00, "İmişli" - "Turan Tovuz"
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, İslam Məmmədov;
VAR: Nicat İsmayıllı;
AVAR: Müslüm Əliyev;
Hakim-inspektor: Orxan Məmmədov;
AFFA nümayəndəsi: Rüfət Əmirov;
Quba OİK stadionu.
17:15, "Zirə" - "Şamaxı"
Hakimlər: Elçin Məsiyev, Rahil Ramazanov, Teymur Teymurov, İnqilab Məmmədov;
VAR: Rauf Cabarov;
AVAR: Pərvin Talıbov;
Hakim-inspektor: Munis Abdullayev;
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov;
Zirə İdman Kompleksinin stadionu.
19:30, "Araz-Naxçıvan" - "Sabah"
Hakimlər: Fərid Hacıyev, Namiq Hüseynov, Rəhman İmami, Rəşad Əhmədov;
VAR: Tural Qurbanov;
AVAR: Zeynal Zeynalov;
Hakim-inspektor: Ömər Paşayev;
AFFA nümayəndəsi: Yavər Rəhimov;
"Liv Bona Dea Arena".
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İdmanUEFA Çempionlar Liqasında 1/4 finalın oyunlarına start verilir
UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin oyunlarına start verilir.
İdmanİtaliya A Seriyası: "Napoli" "Milan"dan üstün oldu - VİDEO
İtaliya A Seriyasının 31-ci turu çərçivəsində "Napoli" - "Milan" matçı baş tutub.
İdmanAzərbaycanın 11 boksçusu "Böyük İpək Yolu" turnirində finala çıxıb
Bakıda boks üzrə ənənəvi "Böyük İpək Yolu" beynəlxalq turniri davam edir.
İdmanAzərbaycan minifutbol millisinin Avropa çempionatında şansları necə dəyərləndirilir? - VİDEO
Baku TV-nin "İdmanda nə baş verir?" podkastının budəfəki buraxılışında minifutbol haqqında fikir mübadiləsi aparılıb.