Son dəqiqə
Lənkəranda məşhur restoranda mənşəyi məlum olmayan alkoqollu içkilər AŞKARLANDI - FOTORusiyalı nazir digər vəzifələrdə törətdiyi əməllərə görə də cavab verəcəkİran xalqı ABŞ-nin zərbə təhlükəsinə qarşı etiraz etməyə çağırıldıSabah hava necə olacaq? - 08.04.2026Mirça Luçeskunun oğlu atasının səhhəti barədə müraciət edibOğul ona araq verməyən anasını döydü, min manat cərimələndi
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. İKT
  3. XRİTDX dövlət qurumlarının informasiya təhlükəsizliyi üzrə birinci rübün nəticələrini açıqlayıb
XRİTDX dövlət qurumlarının informasiya təhlükəsizliyi üzrə birinci rübün nəticələrini açıqlayıb
İKT

XRİTDX dövlət qurumlarının informasiya təhlükəsizliyi üzrə birinci rübün nəticələrini açıqlayıb

Bu gün
11:23
0 baxış
Paylaş:

Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) tərəfindən dövlət qurumlarının internet informasiya resurslarının təhlükəsizliyinin təmin edilməsi və rəqəmsal mühitin qorunması üzrə mütəmadi kompleks tədbirlərin həyata keçirilməsi davam etdirilir.

Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) tərəfindən dövlət qurumlarının internet informasiya resurslarının təhlükəsizliyinin təmin edilməsi və rəqəmsal mühitin qorunması üzrə mütəmadi kompleks tədbirlərin həyata keçirilməsi davam etdirilir.

Gundem.today xəbər verir ki, bu barədə XRİTDX məlumat yayıb.

Bildirilib ki, 2026-cı ilin birinci rübü ərzində XRİTDX tərəfindən domen adlarının idarə olunması sahəsində qeydiyyata alınan domenlərin sayı 17, subdomenlərin sayı 123 təşkil etmiş, eyni zamanda 21 domen və 52 subdomen ləğv olunub ki, bu da "Gov.az" domen məkanının optimallaşdırılması və təhlükəsizlik risklərinin azaldılması baxımından mühüm əhəmiyyət kəsb edir.

"AzStateNet" şəbəkəsi üzrə tətbiq edilən yeni nəsil mühafizə avadanlıqları vasitəsilə URL əsaslı 41 289 866 təhlükəli keçid, zərərverici əsaslı (virus, casus proqram və digər zərərli fəaliyyət əlamətləri daşıyan) 3 786 317 trafik, eləcə də "Sandbox" mühafizə sistemi vasitəsilə 31 962 zərərverici tərkibli fayl blok edilərək son istifadəçilərin yoluxmasının qarşısı alınıb. DDoS hücumlarına qarşı mühafizə çərçivəsində isə 7 013 863 hücum qeydə alınmış, nəticədə 12 523 934 684 zərərli paket bloklanmış və ümumilikdə 10 226 233 Mbit həcmində zərərli trafikin qarşısı alınıb", - deyə qeyd olunub.

Əlavə edilib ki, bununla yanaşı mərkəzləşdirilmiş antivirus həlli vasitəsilə son istifadəçi təhlükəsizliyi üzrə 1 048 869 təhdid bloklanaraq zərərsizləşdirilib ki, bu da çoxsəviyyəli və mərkəzləşdirilmiş müdafiə yanaşmasının effektivliyini göstərir:

"Dövlət qurumlarının informasiya sistemlərində XRİTDX tərəfindən aparılan daimi monitorinq nəticəsində aşkarlanan kiberhücumların təhlilinə əsasən cari ilin ilk üç ayı üzrə 274 kiberhücum göstəricisi (IOC - "Indicator of Compromise") müəyyən edilərək mərkəzləşdirilmiş qaydada bloklanıb. Bu kibertəhdidlərin 213-ü daxili araşdırma, 61-i isə dövlət qurumlarının müraciətləri əsasında müəyyən olunub.

Kibertəhdid kəşfiyyatı xidmətlərindən istifadə etməklə 2026-cı ilin ilk rübü ərzində dövlət qurumları domenlərinə (gov.az) bənzədilmiş 6 saxta domen aşkarlanaraq bloklanması həyata keçirilib. Eyni zamanda XRİTDX tərəfindən 60 fişinq təyinatlı veb-resurs bloklanıb və dövlət qurumlarının əməkdaşlarına məxsus 105 sızmış kimlik məlumatı aşkarlanaraq müvafiq tədbirlər görülüb.

XRİTDX tərəfindən dövlət qurumları üçün yaradılmış dövlət elektron poçt xidmətində 4 677 755 elektron məktub emal edilib ki, onlardan 3 258 110-u istifadəçilərə çatdırılıb, 1 419 645-i isə zərərli tərkibli olması səbəbindən bloklanıb.

Hesabat dövründə XRİTDX tərəfindən dövlət qurumlarına məxsus veb-saytların təhlükəsizlik səviyyəsinin yoxlanılması məqsədilə 194 audit və nüfuzetmə testi həyata keçirilib. Eyni zamanda dövlət qurumları üçün ayrılmış IP ünvan diapazonlarının xüsusi proqram təminatları vasitəsilə təhlükəsizlik boşluqlarına qarşı aparılmış periodik yoxlamalarının nəticələrinə əsasən 34 analitik hesabat hazırlanaraq aidiyyəti üzrə təqdim edilib.

XRİTDX informasiya təhlükəsizliyi sahəsində davamlı və proaktiv tədbirlər həyata keçirməklə dövlət qurumlarının rəqəmsal mühitdə fasiləsiz və təhlükəsiz fəaliyyətini etibarlı şəkildə təmin edir, eləcə də ölkənin kibertəhlükəsizlik ekosistemini gücləndirərək milli rəqəmsal dayanıqlığın artırılmasına, kritik informasiya infrastrukturunun qorunmasına və kibertəhdidlərə qarşı çevik cavab mexanizmlərinin formalaşdırılmasına mühüm töhfə verir".

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#İKT#XRİTDX#informasiya_təhlükəsizliyi#kibertəhlükəsizlik#dövlət_qurumları#kiberhücumlar#AzStateNet#gov.az_domeni#zərərli_trafik#DDoS_hücumları#fişinq#rəqəmsal_mühit

Oxşar Xəbərlər

Yeni qlobal biznes düzəni - Seçimləri kimlər idarə edirlər?İKT

Yeni qlobal biznes düzəni - Seçimləri kimlər idarə edirlər?

"Uber"in maşını yoxdur. "Netflix"in kino zalı yoxdur. "Spotify" musiqi yaratmır. "Amazon"un isə klassik mağazası belə yoxdur.

Dünən
21:000
Süni intellektin Azərbaycan avtomobil biznesində roluİKT

Süni intellektin Azərbaycan avtomobil biznesində rolu

Azərbaycan avtomobil bazarında rəqabət artıq yalnız daha çox yeni model gətirmək, daha böyük salon açmaq və ya daha aqressiv reklam kampaniyası aparmaq üzərində qurulmur. Yeni mərhələdə üstünlüyü getdikcə daha çox müştəri datasını düzgün idarə edən, satış və servisi analitika ilə yönləndirən, qərarverməni isə süni intellektlə gücləndirən şirkətlər qazanacaq.

2 aprel 2026
12:560