
Mourinyo "Real Madrid"ə qayıdır?
Madridin "Real" klubunun prezidenti Florentino Peres hazırda Portuqaliyanın "Benfika" komandasına rəhbərlik edən Joze Mourinyo ilə mütəxəssisin kluba mümkün qayıdışını müzakirə edib.
Madridin "Real" klubunun prezidenti Florentino Peres hazırda Portuqaliyanın "Benfika" komandasına rəhbərlik edən Joze Mourinyo ilə mütəxəssisin kluba mümkün qayıdışını müzakirə edib.
Gundem.today xəbər verir ki, bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb.
Bildirilib ki, təxminən bir saat davam edən görüş videokonfrans formatında baş tutub. Məlumata görə, Mourinyo "Real"a qayıtmaq variantını rədd etməsə də, hələlik yekun qərarını verməyib.
Nəşr qeyd edir ki, portuqaliyalı mütəxəssis maliyyə şərtlərindən ziyada, daha çox idman, tibb, təşkilati və intizam məsələlərini əhatə edən bir sıra tələblər irəli sürüb. Gələn həftə Peresin bu şərtlərlə bağlı öz mövqeyini açıqlayacağı gözlənilir.
Xatırladaq ki, hazırda 63 yaşı olan Joze Mourinyo 2010-2013-cü illərdə "Real Madrid"in baş məşqçisi olub. Onun rəhbərliyi altında komanda İspaniya çempionluğu ilə yanaşı, ölkə Kuboku və Superkubokunu qazanıb. Təcrübəli mütəxəssis 2025-ci ilin sentyabrında "Benfika"nın baş məşqçisi təyin edilib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İdman"Bavariya" - PSJ matçının yayımçısı dəyişdi: Oyun hansı kanaldadır?
UEFA Çempionlar Liqasının yarımfinal mərhələsi çərçivəsində keçirilən "Bavariya" - PSJ qarşılaşmasının yayımçısı dəyişib.
İdman"Baku Open 2026" Beynəlxalq Şahmat Festivalının qalibləri mükafatlandırılıb
"Baku Open-2026" Beynəlxalq Şahmat Festivalının medalçıları mükafatlandırılıb.
İdman"Heydər Əliyev Kuboku-2026": Qız boksçulardan ibarət millimiz komanda hesabında birinci oldu
Bakıda "Heydər Əliyev Kuboku-2026" beynəlxalq turnirində yeniyetmə qız boksçuların mübarizəsinə yekun vurulub.
İdmanPrestianni ikioyunluq kənarlaşdırıldı
Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FIFA) Portuqaliyanın "Benfika" klubunun argentinalı yarımmüdafiəçisi Canluka Prestiannini təşkilatın himayəsi altında iki matçdan kənarlaşdırıb. Buna səbəb Prestianninin İspaniyanın "Real Madrid" klubunun hücumçusu Vinisiusa qarşı irqçi davranış nümayiş etdirməsi olub.