Son dəqiqə
BMT Təhlükəsizlik Şurasında gərginlik: Rusiya və Çindən sonra İran da hərəkətə keçdiABŞ qırıcısı İrana gedən tankeri atəşə tutubAvropadan etiraf: Oyunun qaydalarını Bakı müəyyən edir - VİDEOTramp administrasiyasından Livan-İsrail masasına yeni təklif: Detallar məlum olduMourinyo "Real Madrid"ə qayıdır?Tramp Çinə səfərindən əvvəl İranla müqavilə bağlayacaq?
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. İdman
  3. "Heydər Əliyev Kuboku-2026": Qız boksçulardan ibarət millimiz komanda hesabında birinci oldu
"Heydər Əliyev Kuboku-2026": Qız boksçulardan ibarət millimiz komanda hesabında birinci oldu
İdman

"Heydər Əliyev Kuboku-2026": Qız boksçulardan ibarət millimiz komanda hesabında birinci oldu

Bu gün
20:54
0 baxış
Paylaş:

Bakıda "Heydər Əliyev Kuboku-2026" beynəlxalq turnirində yeniyetmə qız boksçuların mübarizəsinə yekun vurulub.

Bakıda "Heydər Əliyev Kuboku-2026" beynəlxalq turnirində yeniyetmə qız boksçuların mübarizəsinə yekun vurulub.

Gundem.today xəbər verir ki, səkkiz ölkənin qatıldığı yarışda Azərbaycan millisi 17 medal qazanıb.

İlkin Ağayevin baş məşqçisi olduğu U-17 komandamızın heyətində Aysel Fərəcova (46 kq), Aydan İsmayıllı (48 kq) və Səma Abbasova (66 kq) turnirin qalibi adına yiyələniblər.

Yeganə Rəhimova (48 kq), Fatimə Məmmədli (50 kq), Cəmilə Muradlı (57 kq), Rəmziyə Mirzəyeva (70 kq) gümüş, Nəsrin Abdullazadə, Aysan Miriyeva (hər ikisi 46 kq), Nurgül Ocaqova (48 kq), Tunca Mürşüdova, Sima İsmayılova (hər ikisi 50 kq), Alsu Yafarova (52 kq), Nərmin Abdullazadə, Ayan Novruzlu (hər ikisi 54 kq), Emiliya Beydullayeva (57 kq) və Aynur Vəlizadə (63 kq) bürünc medal qazanıblar.

Beləliklə, üç qızıl, dörd gümüş və 10 bürünc medal qazanan Azərbaycan millisi qız boksçuların yarışında komanda hesabında 1-ci yeri tutub. İkinci yeri Gürcüstan (3-1-1), üçüncü pilləni neytral idmançılardan ibarət komanda (AİN, 1-2-1) tutub.

Qeyd edək ki, Azərbaycan, Özbəkistan, Qazaxıstan, Gürcüstan, Latviya, Estoniya, Moldova yığmaları və neytral idmançılardan ibarət komandanın qatıldığı yarışda oğlanların mübarizəsinə sabah yekun vurulacaq.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#İdman#Azərbaycan_boksçuları#Azərbaycan_Boks_Federasiyası

Oxşar Xəbərlər

Mourinyo "Real Madrid"ə qayıdır?İdman

Mourinyo "Real Madrid"ə qayıdır?

Madridin "Real" klubunun prezidenti Florentino Peres hazırda Portuqaliyanın "Benfika" komandasına rəhbərlik edən Joze Mourinyo ilə mütəxəssisin kluba mümkün qayıdışını müzakirə edib.

Bu gün
21:240
Prestianni ikioyunluq kənarlaşdırıldıİdman

Prestianni ikioyunluq kənarlaşdırıldı

Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FIFA) Portuqaliyanın "Benfika" klubunun argentinalı yarımmüdafiəçisi Canluka Prestiannini təşkilatın himayəsi altında iki matçdan kənarlaşdırıb. Buna səbəb Prestianninin İspaniyanın "Real Madrid" klubunun hücumçusu Vinisiusa qarşı irqçi davranış nümayiş etdirməsi olub.

Bu gün
17:360
FIFA-dan Prestianniyə cəza: Neçə oyun buraxmalı olacaq?İdman

FIFA-dan Prestianniyə cəza: Neçə oyun buraxmalı olacaq?

Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FIFA) Portuqaliyanın "Benfika" klubunun argentinalı yarımmüdafiəçisi Canluka Prestiannini təşkilatın himayəsi altında iki matçdan kənarlaşdırıb. Buna səbəb Prestianninin İspaniyanın "Real Madrid" klubunun hücumçusu Vinisiusa qarşı irqçi davranış nümayiş etdirməsi olub.

Bu gün
17:360
Bakıda təxirə salınan nəhəng idman və biznes tədbirinin yeni tarixi açıqlandıİdman

Bakıda təxirə salınan nəhəng idman və biznes tədbirinin yeni tarixi açıqlandı

"Dünya idman paytaxtı" qlobal idman ictimaiyyətinin ən nüfuzlu tədbirlərindən birinə ev sahibliyi edəcək.

Bu gün
17:240