Son dəqiqə
Bakının ən böyük sənaye parkının ərazisi genişləndirilirMingəçevirdə WUF13 Festivalı çərçivəsində məlumatlandırma sessiyası keçirilib - FOTOVüsal Aslanov iki yeni rəis təyin etdi - FOTOAlen Simonyan Azərbaycana gəlmək istəyir - Sahibə Qafarovaya mesajRiçard Gir Bakıya gəlir? - VİDEOMina qurbanlarının ailələri ilə bağlı güzəştin qüvvəyə minəcəyi VAXT AÇIQLANDI - FOTO
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Cəmiyyət
  3. Müəssisə sahibi dəyişdikdə əmək müqaviləsinə necə xitam verilir?
Müəssisə sahibi dəyişdikdə əmək müqaviləsinə necə xitam verilir?
Cəmiyyət

Müəssisə sahibi dəyişdikdə əmək müqaviləsinə necə xitam verilir?

Bu gün
12:32
0 baxış
Paylaş:

Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar əmək müqaviləsinə xitam verilməsinin halları ilə bağlı vahid məhkəmə təcrübəsini müəyyənləşdirən qərar qəbul edib.

Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar əmək müqaviləsinə xitam verilməsinin halları ilə bağlı vahid məhkəmə təcrübəsini müəyyənləşdirən qərar qəbul edib.

Gundem.today xəbər verir ki, bu barədə Ali Məhkəmə məlumat yayıb.

Bildirilib ki, işin hallarına görə, iddiaçı uzun illər cavabdeh bankda çalışıb, sonuncu dəfə filial müdiri vəzifəsində işləyib. 2020-ci ildə onunla bağlanmış əmək müqaviləsinə xitam verilib. İddiaçının məhkəməyə müraciətindən sonra aşağı instansiya məhkəmələri əmək müqaviləsinə xitam verilməsi barədə əmri etibarsız sayıb, onun əvvəlki vəzifəsinə bərpası, məcburi işburaxma müddəti üçün əməkhaqqının ödənilməsi və əmək müqaviləsinin müddətsiz hesab olunması barədə qərar qəbul ediblər.

Sonradan bankın səhmdar strukturunda dəyişiklik baş verib. Bundan sonra işəgötürən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə müəssisənin mülkiyyətçisinin dəyişməsi əsası ilə yenidən xitam verib. İddiaçı həmin əmrin qanunsuz olduğunu bildirərək yenidən məhkəməyə müraciət edib və aşağı instansiya məhkəmələri iddianı təmin ediblər.

Lakin Ali Məhkəmə apellyasiya instansiyasının nəticəsi ilə razılaşmayıb.

Məhkəmə kollegiyası qeyd edib ki, Əmək Məcəlləsinin 68-ci maddəsində nəzərdə tutulan müəssisənin mülkiyyətçisinin dəyişməsi əsası yeni mülkiyyətçiyə müəssisənin idarə olunması və maliyyə resurslarının idarə edilməsi ilə bağlı vəzifələrdə çalışan şəxslərlə əmək münasibətlərinə xitam vermək hüququ verir.

Ali Məhkəmə vurğulayıb ki, müəssisənin mülkiyyətçisinin dəyişməsi yalnız mülkiyyət formasının dəyişməsi ilə məhdudlaşmır. Səhmdar və ya təsisçi tərkibində elə dəyişiklik baş verə bilər ki, bu, faktiki olaraq yeni mülkiyyətçi iradəsinin formalaşmasına səbəb olsun.

Müəssisənin bir neçə mülkiyyətçisi olduqda onun əmlakı üzərində 51 faiz paya malik olan mülkiyyətçi dəyişdikdə, bu əsasla əmək müqaviləsinə xitam vermək hüququ yaranır. Hər hansı müəssisədə mülkiyyət paylarının bölgüsündə 51 faizə sahib mülkiyyətçi olmadıqda isə (məsələn: paylar 20, 30, 40 faiz şəklində bölünübsə), mülkiyyətçilərdən birinin dəyişməsi halında bu hüquq yaranmır.

İş üzrə müəyyən edilib ki, bankın əsas səhmdarının payı 51 faizdən artıq həcmdə dəyişib, həmçinin yeni səhmdar təsisçilər sırasına daxil olub. Kollegiyanın qənaətinə görə, bu hal bankın mülkiyyətçilərinin dəyişməsi kimi qiymətləndirilməlidir.

Bu əsaslarla Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ləğv edib və iddianın rədd olunması barədə yeni qərar qəbul edib.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Cəmiyyət#ali_məhkəmə#mülkiyyətçinin_dəyişməsi#əmək_müqaviləsinə_xitam#işdən_çıxarılma#əmək_məcəlləsi#səhmdar_strukturunun_dəyişməsi#məhkəmə_təcrübəsi#əmək_hüquqları#mülki_kollegiya_qərarı#işçi_hüquqları.

Oxşar Xəbərlər

Mingəçevirdə WUF13 Festivalı çərçivəsində məlumatlandırma sessiyası keçirilib - FOTOCəmiyyət

Mingəçevirdə WUF13 Festivalı çərçivəsində məlumatlandırma sessiyası keçirilib - FOTO

Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) barədə ölkə ictimaiyyətinin məlumatlandırılması məqsədilə mayın 6-da Mingəçevir Dövlət Universitetində müəllim və tələbələrin iştirakı ilə WUF13-ə həsr edilmiş maarifləndirmə sessiyası keçirilib.

Bu gün
13:550
Vüsal Aslanov iki yeni rəis təyin etdi - FOTOCəmiyyət

Vüsal Aslanov iki yeni rəis təyin etdi - FOTO

"Bakı Metropoliteni" QSC-də yeni kadr təyinatları olub.

Bu gün
13:520
Riçard Gir Bakıya gəlir? - VİDEOCəmiyyət

Riçard Gir Bakıya gəlir? - VİDEO

Hollivud aktyoru Riçard Girin Bakıda keçiriləcək BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) evsizlik probleminə toxunacağı barədə məlumat vermişdik.

Bu gün
13:460
Mina qurbanlarının ailələri ilə bağlı güzəştin qüvvəyə minəcəyi VAXT AÇIQLANDI - FOTOCəmiyyət

Mina qurbanlarının ailələri ilə bağlı güzəştin qüvvəyə minəcəyi VAXT AÇIQLANDI - FOTO

Minatəmizləmə zamanı həlak olanların dövlət və özəl ali məktəblərdə və ya kolleclərdə ödənişli əsaslarla təhsil alan ailə üzvlərinin təhsil haqları dövlət büdcəsi hesabına qarşılanır.

Bu gün
13:440