Son dəqiqə
ABŞ-nin "Qiyamət günü radiosu"ndan sirli mesaj yayımlandıFransada enerji qıtlığı təlaşı: "Təcili alternativlər tapmalıyıq"Aviabiletlər bahalaşır: Səyahətçiləri çətin il gözləyirQəbir yerlərini pulsuz əldə edə bilərsiniz - Qanun nə deyir? - VİDEOKrevetkadan insana keçə bilən virus - Qorunma yolları açıqlandıMilyonlarla "Bitcoin" olan kriptocüzdanlar risk altında: Kvant sistemi ilə şifrə qırıldı
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Dünya
  3. Müharibənin ən gərgin mərhələsi başlayır: "Böyük hücuma hazırlıq gedir"
Müharibənin ən gərgin mərhələsi başlayır: "Böyük hücuma hazırlıq gedir"
Dünya

Müharibənin ən gərgin mərhələsi başlayır: "Böyük hücuma hazırlıq gedir"

24 mart 2026
09:48
0 baxış
Paylaş:

Ukraynada müharibə yenidən ən gərgin mərhələlərindən birinə daxil olur.

Ukraynada müharibə yenidən ən gərgin mərhələlərindən birinə daxil olur.

Gecə saatlarında Rusiyanın həyata keçirdiyi kütləvi raket və pilotsuz uçuş aparatı hücumları ölkənin bir neçə bölgəsində dağıntılara, yanğınlara və insan itkilərinə səbəb olub. Rəsmi Kiyev isə xəbərdarlıq edir ki, bu, daha böyük zərbələrin başlanğıcı ola bilər.

Martın 24-nə keçən gecə Ukraynanın müxtəlif şəhərlərində partlayış səsləri eşidilib. Ən ağır zərbələrdən biri Poltava və Zaporojye şəhərlərinə endirilib. Yaşayış binaları, hotel və sənaye obyektləri hədəfə alınıb.

Gundem.today xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında bildirilib.

Rəsmi məlumatlara görə, hücumlar nəticəsində azı 4 nəfər həyatını itirib, 16 nəfər yaralanıb. Xilasedicilər dağıntılar altında qalan insanları çıxarmaq üçün saatlarla işləyiblər.

Zaporojye şəhərində çoxmərtəbəli binalar alova bürünüb. Poltavada isə raket zərbəsi nəticəsində yaşayış infrastrukturu ciddi zərər görüb.

Ukrayna Hərbi Hava Qüvvələri bildirir ki, Rusiyanın buraxdığı 392 pilotsuz aparatın 365-i, 34 raketin isə 25-i məhv edilib. Buna baxmayaraq, hücumların miqyası ölkə üzrə geniş panika yaradıb.

Gecə demək olar ki, bütün Ukraynada hava həyəcanı siqnalları verilib. Hətta Polşa belə hava məkanını qorumaq üçün qırıcılarını havaya qaldırıb.

Ukrayna kəşfiyyatı xəbərdarlıq edir ki, Rusiya cəbhədəki uğurlarını şişirdərək daha böyük hücum planları hazırlayır. Məqsəd isə həm hərbi, həm də psixoloji təzyiqi artırmaqdır.

Bu arada Moskvanın uzaqmənzilli dronlar üçün yeni idarəetmə stansiyaları qurmağa hazırlaşdığı bildirilir. Bu isə hücumların daha koordinasiyalı və dəqiq olacağından xəbər verir.

"Rusiya Ukraynaya qarşı yeni kütləvi hücumlara hazırlaşır və biz bununla bağlı kəşfiyyat məlumatları əldə etmişik. Onlar yalnız cəbhədə deyil, eyni zamanda mülki infrastruktura qarşı da təzyiqi artırmaq niyyətindədirlər. Biz Hava Hücumundan Müdafiə sistemlərimizi gücləndirmişik və bütün aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib. Lakin bu miqyaslı hücumların qarşısını tam almaq üçün beynəlxalq tərəfdaşların dəstəyi həlledici olaraq qalır. Rusiya bu hücumlarla müharibəni uzatmağa və vəziyyəti daha da mürəkkəbləşdirməyə çalışır. Biz isə həm müdafiə olunacaq, həm də cavab verəcəyik", - Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

Rəsmi Kiyev bildirir ki, Moskvanın məqsədi Ukraynanı yoraraq təslim etməkdir. Lakin hazırkı vəziyyət göstərir ki, hava hücumları nə qədər intensivləşsə də, Ukrayna müdafiəsini davam etdirir.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

Oxşar Xəbərlər

ABŞ-nin "Qiyamət günü radiosu"ndan sirli mesaj yayımlandıDünya

ABŞ-nin "Qiyamət günü radiosu"ndan sirli mesaj yayımlandı

ABŞ-nin qlobal hərbi rabitə sisteminin (HFGCS) efirində qeyri-adi mesaj qeydə alınıb.

Bu gün
06:310
Fransada enerji qıtlığı təlaşı: "Təcili alternativlər tapmalıyıq"Dünya

Fransada enerji qıtlığı təlaşı: "Təcili alternativlər tapmalıyıq"

"TotalEnergies" korporasiyasının rəhbəri Patrik Puyanne Hörmüz boğazının bloklanması və İranla bağlı mövcud gərginlik fonunda Fransanı gözləyən enerji qıtlığı riski ilə bağlı xəbərdarlıq edib.

Bu gün
06:020
Aviabiletlər bahalaşır: Səyahətçiləri çətin il gözləyirDünya

Aviabiletlər bahalaşır: Səyahətçiləri çətin il gözləyir

Cari ildə uçuş saylarının kəskin azalması və aviabilet qiymətlərinin bahalaşması orta gəlirli səyahətçilər üçün ciddi çətinliklər yaradacaq.

Bu gün
05:310
Krevetkadan insana keçə bilən virus - Qorunma yolları açıqlandıDünya

Krevetkadan insana keçə bilən virus - Qorunma yolları açıqlandı

"Gizli ölüm"ə səbəb olan və mutasiyaya uğramış WSSV nodavirusu hazırda istifadə olunan virusəleyhinə preparatlarla müalicə oluna bilir.

Bu gün
04:310