
Nadir "Ferrari Enzo" altı milyon dollara satışa çıxarılır
"RM Sotheby's" hərrac evi nadir "Ferrari Enzo" modelini satışa çıxarmağa hazırlaşır.
"RM Sotheby's" hərrac evi nadir "Ferrari Enzo" modelini satışa çıxarmağa hazırlaşır.
Gundem.today auto.ru-ya istinadən xəbər verir ki, avtomobilin yürüşü 19 min km-dən çox olsa da, onun üçün 4.9-5.3 milyon avro (təxminən altı milyon dollar) əldə olunacağı gözlənilir.
Bildirilir ki, bu avtomobil ban yeri xüsusi "Argento Nurburgring" rəngində olan cəmi doqquz "Enzo" modelindən biridir. Üstəlik, yalnız beş belə avtomobildə gümüşü kuzov qırmızı dəri salonla birləşdirilib.
Avtomobil 2004-cü ildən sonra 15 il ərzində britaniyalı kolleksiyaçıya məxsus olub, daha sonra İsveçrədə saxlanılıb və hazırda yenidən Böyük Britaniyaya qaytarılıb.
Qeyd olunur ki, yüksək yürüşə baxmayaraq, avtomobil əla vəziyyətdədir və "Ferrari Classiche" orijinallıq sertifikatına malikdir. 660 at gücündə altılitrlik mühərriklə təchiz olunan model 0-dan 100 km/saatadək təxminən 3.65 saniyəyə sürətlənə bilir.
Bununla belə, bu "Ferrari Enzo" üçün ən yüksək qiymət deyil. Cari ilin əvvəlində cəmi 1 000 km-dən bir qədər artıq yürüşü olan analoji model ABŞ-də 17.8 milyon dollara satılıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaABŞ-də iki milyon dollarlıq kuryoz fırıldaq: Ata və qızı məşhur rəsmləri saxtalaşdıraraq satıblar - FOTO
ABŞ-də ata və qızı təxminən iki milyon dollar məbləğində saxta sənət əsərlərinin satışında təqsirlərini etiraf ediblər.
Dünya"Spotify" musiqi platformasında yenilik tətbiq olunub
"Spotify" musiqi platforması musiqiçilər və mahnılar haqqında məlumatların daha şəffaf olması məqsədilə ifaçıların verifikasiyası sistemini istifadəyə verib.
DünyaFransada ölüm diaqnozu qoyulan şəxs üç saat sonra "dirildi" - Tibb dünyasını təəccübləndirən "Lazar fenomeni"
Fransada tibb işçiləri tərəfindən ölüm diaqnozu qoyulan 62 yaşlı xəstə üç saatdan sonra yenidən həyat əlamətləri göstərib.
DünyaDonald Tramp Nikolas Maduronun qaçırılması zamanı istifadə olunan silahın sirrini açıqladı
Donald Tramp bildirib ki, ABŞ istehsalı olan "diskombobulyator" silahı istifadə edilərkən vızıltı səsi çıxarır. Bu aparatın Venesuelada prezident Nikolas Maduronun ələ keçirilməsi zamanı tətbiq edildiyi iddia olunur.