
"Spotify" musiqi platformasında yenilik tətbiq olunub
"Spotify" musiqi platforması musiqiçilər və mahnılar haqqında məlumatların daha şəffaf olması məqsədilə ifaçıların verifikasiyası sistemini istifadəyə verib.
"Spotify" musiqi platforması musiqiçilər və mahnılar haqqında məlumatların daha şəffaf olması məqsədilə ifaçıların verifikasiyası sistemini istifadəyə verib.
Gundem.today platformanın rəsmi saytına istinadən xəbər verir ki, yeni funksiya saxta profillərin qarşısını almağa xidmət edir.
"Bu gündən etibarən biz yeni "Verified by Spotify" ("Spotify tərəfindən yoxlanılıb") nişanını, həmçinin sənətçilərin platformadakı fəaliyyəti barədə əlavə məlumatları beta versiyada təqdim edirik", - deyə rəsmi açıqlamada qeyd olunur.
Bildirilir ki, bu yeniliklər musiqi və ifaçılar haqqında daha geniş təsəvvür yaratmaq və şəffaflığı artırmaq məqsədi daşıyır. Verifikasiya nişanı musiqiçinin profilinin rəsmi olduğunu və platformanın qaydalarına tam uyğun gəldiyini göstərir.
"Spotify" xüsusi olaraq vurğulayır ki, süni intellekt vasitəsilə yaradılmış səhifələr verifikasiyadan keçə bilməyəcək.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaABŞ və Venesuela arasında birbaşa aviareyslər bərpa olundu - VİDEO
ABŞ ilə Venesuela arasında təxminən yeddi ildən sonra ilk dəfə kommersiya təyinatlı sərnişin təyyarəsinin uçuşu baş tutub.
DünyaTramp sui-qəsd cəhdlərinə baxmayaraq, niyə zirehli jilet geyinmir?
ABŞ Prezidenti Donald Tramp həyatına edilən hücum cəhdlərinə rəğmən, zirehli gödəkçə geyinməkdən imtina edib.
DünyaTürkiyədə cinayətkar qrupa qarşı böyük əməliyyat: "Cəhənnəm Necati"nin əlaltıları tutuldu
Türkiyənin hüquq-mühafizə orqanları cinayətkar aləmdə "Köln atası" və "Cəhənnəm Necati" ləqəbləri ilə tanınan Coşkun Necati Arabacının rəhbərlik etdiyi dəstənin Almaniya, Braziliya və İspaniyada narkotik qaçaqmalçılığında iştirak etdiyini müəyyənləşdirib.
DünyaQırğızıstanda güclü daşqınlar: Evlərə və infrastruktura ciddi ziyan dəyib - VİDEO
Qırğızıstanda daşqınlar nəticəsində bir sıra yaşayış məntəqələrində elektrik təchizatı kəsilib və evlərə ciddi ziyan dəyib.