Son dəqiqə
Dövlət büdcəsində ARTIM: Gəlirlər 9.6 milyardı keçdiPentaqon ABŞ-nin 1.5 trilyon dollarlıq müdafiə büdcəsinin detallarını açıqlayıbNazirdən tapşırıq: Nəzarət daha da sərtləşdiriləcəkƏhalinin NƏZƏRİNƏ: Bakı metropolitenində qatarların sabahkı hərəkət qrafikinə DƏYİŞİKLİKLƏR EDİLDİÖlkə ikincisi Aylin uğurun sirrini açıqladıTürkiyədə məktəbdə qətliam törədən şagirdin anası həbs edildi
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Cəmiyyət
  3. Naxçıvan Ali Məhkəməsində şöbə müdirlərinə artıq ödəniş edilibmiş
Naxçıvan Ali Məhkəməsində şöbə müdirlərinə artıq ödəniş edilibmiş
Cəmiyyət

Naxçıvan Ali Məhkəməsində şöbə müdirlərinə artıq ödəniş edilibmiş

Bu gün
22:00
0 baxış
Paylaş:

Hesablama Palatası Naxçıvan Ali Məhkəməsində ödəniş və satınalma pozuntuları aşkarlayıb.

Hesablama Palatası Naxçıvan Ali Məhkəməsində ödəniş və satınalma pozuntuları aşkarlayıb.

Gundem.today "Report"a istinadən xəbər verir ki, bu barədə Palatanın "Dövlət auditi" bülletenində bildirilir.

Sənədə əsasən, audit 1 yanvar 2023-cü il tarixindən 1 oktyabr 2025-ci ilə qədər dövrü əhatə edib və ümumilikdə 10,7 milyon manat vəsaiti əhatə edib.

Audit nəticəsində müəyyən olunub ki, Ali Məhkəmədə 3 şöbə yaradılarkən minimum tələb olunan 8 ştat vahidi əvəzinə 3-4 ştat vahidi ilə formalaşdırılıb və nəticədə şöbə müdirlərinə 139 min 540,5 manat artıq vəsait hesablanıb.

Bundan başqa, 3 hakimə 37 589 manat müalicə pulu ödənilib, həmçinin hakimlərə məzuniyyət haqqı hesablanarkən əlavə ödənişlər nəzərə alınmaqla 25 418 manat artıq vəsait hesablanıb.

Audit zamanı müəyyən edilib ki, dövlət qulluqçularına mükafatlandırma üçün nəzərdə tutulmuş vəsait bitdiyindən hakimlər üçün ayrılmış vəsaitdən 80 565 manat istifadə olunub, eləcə də müqavilə ilə işləyən 4 nəfər əməkdaşa 13 950 manat mükafat ödənilib.

Hesabatda qeyd olunub ki, ezamiyyə xərcləri üzrə 1 810 manat, yanacaq xərcləri üzrə isə əlavə olaraq 723 manat vəsait artıq silinib, həmçinin 2024-cü ilin oktyabrından 2025-ci ilin dekabrınadək 2 162 manat dəyərində 1 351,1 litr artıq benzin sərf edilib.

Satınalmalar sahəsində də ciddi pozuntular aşkarlanıb. Belə ki, 5 halda satınalma prosedurları keçirilmədən 31 115 manat məbləğində birbaşa müqavilələr bağlanıb, 5 halda isə 106 686 manat dəyərində satınalma elektron portal vasitəsilə həyata keçirilməyib. Eyni zamanda, 10 halda 220 144 manat məbləğində satınalma ehtimal olunan qiymət alınmadan, 7 halda isə 108 647 manat məbləğində satınalma uyğunluq göstəriciləri olmadan həyata keçirilib.

Bundan əlavə, 2024-cü ildə 83 000 manat dəyərində "Toyota Avalon" markalı minik avtomobilinin bazar qiymətindən 13 640 manat baha alındığı və 14 940 manat ƏDV-nin ödənilmədiyi müəyyən edilib.

Audit zamanı həmçinin 9 844 manat dəyərində 15 adda inventarın çatışmadığı aşkarlanıb.

Hesablama Palatası qeyd edib ki, aşkar olunmuş nöqsanlar dövlət vəsaitlərinin və dövlət əmlakının istifadəsi, satınalmaların təşkili və maliyyə hesabatlarının tərtibi sahəsində mövcud qanunvericiliyin tələblərinə tam əməl olunmadığını göstərir.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Cəmiyyət#Ali_Məhkəmə#Naxçıvan_Muxtar_Respublikası#Hesablama_Palatası#Əlavə_dəyər_vergisi_(ƏDV)

Oxşar Xəbərlər

Əhalinin NƏZƏRİNƏ: Bakı metropolitenində qatarların sabahkı hərəkət qrafikinə DƏYİŞİKLİKLƏR EDİLDİCəmiyyət

Əhalinin NƏZƏRİNƏ: Bakı metropolitenində qatarların sabahkı hərəkət qrafikinə DƏYİŞİKLİKLƏR EDİLDİ

Aprelin 22-də günün əsas sərnişin axını saatlarında "28 May-Əhmədli" sahəsində qatarlararası interval 2,5 dəqiqə təşkil edəcək. "Bakmil" istiqamətində isə şənbə günü qrafikindən istifadə olunacaq.

Bu gün
23:400
Ölkə ikincisi Aylin uğurun sirrini açıqladıCəmiyyət

Ölkə ikincisi Aylin uğurun sirrini açıqladı

Dövlət İmtahan Mərkəzi martın 9-da ölkə üzrə keçirilimiş buraxılış imtahanlarının nəticələrini açıqlayıb. Buraxılış imtahanında ölkə üzrə üç nəfər mümkün olan ən yüksək nəticəni göstərib. Region şagirdləri arasında da yüksək nəticə göstərənlər var.

Bu gün
23:360
ABŞ-İsrail-İran gərginliyi turizm bazarını silkələdi: Azərbaycana necə təsir edib? - VİDEOCəmiyyət

ABŞ-İsrail-İran gərginliyi turizm bazarını silkələdi: Azərbaycana necə təsir edib? - VİDEO

ABŞ-İsrail-İran münaqişəsi turizm sektoruna da təsirsiz ötüşməyib. Ekspertlər bildirirlər ki, belə müharibələr insanların səyahət seçimlərinə birbaşa təsir edir.

Bu gün
22:480
Bakı metrosunda daha bir insident: Ölən şəxsin kimliyi bilindiCəmiyyət

Bakı metrosunda daha bir insident: Ölən şəxsin kimliyi bilindi

Bakı metropoliteninin "28 May" stansiyasında qatar yoluna düşərək həyatını itirən şəxsin kimliyi müəyyənləşib.

Bu gün
21:550