
Naxçıvanda istismar müddəti bitmiş smart kart tipli sayğaclar dəyişdiriləcək - FOTO
Naxçıvan Muxtar Respublikasında istismar müddəti bitmiş smart kart tipli sayğaclar dəyişdiriləcək.
Naxçıvan Muxtar Respublikasında istismar müddəti bitmiş smart kart tipli sayğaclar dəyişdiriləcək.
Gundem.today-ın məlumatına görə, bunu "Azəriqaz" İstehsalat Birliyinin Naxçıvan Muxtar Respublikasına təşkil etdiyi mediatur çərçivəsində bu gün keçirilən brifinqdə Naxçıvan Regional Qaz İstismarı İdarəsinin rəisi Rəşad Cavadov jurnalistlərin sualına cavab olaraq bildirib.
Onun dediyinə görə, Naxçıvan şəhərində hazırda 20 min abonent bu tipli sayğacdan istifadə edir:
"Ümumilikdə 24 min smart kart tipli sayğac mövcud idi. Artıq 4 min abonentin sayğacı mexaniki (sonradan ödənişli) sayğacla əvəzlənib. Yerdə qalan 20 min sayğac da dəyişdirilir və abonentlərə yeni kodlar təqdim edilir. Hazırda Naxçıvan şəhərində qaz təminatında problem yoxdur və abonentlərə lazımi səviyyədə xidmət göstərilir".
İdarə rəhbəri bildirib ki, ötən bir il ərzində Naxçıvan şəhərində 1 000 yeni abonent şəbəkəyə qoşulub:
"Mavi yanacağın verilişində heç bir məhdudiyyət yoxdur. İş prosesində yerli icra hakimiyyəti orqanları ilə koordinasiyamız da yüksək səviyyədədir".
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətKür məcrasından çıxdı, kənd sakinlərinə ciddi ziyan dəydi - VİDEO
Aramsız yağan yağışlar nəticəsində Kür çayında suyun səviyyəsi kəskin artıb, bəzi ərazilərdə çay məcrasından çıxıb.
CəmiyyətQalmaqallı xəstəxanada direktor vəzifəsi Kamil Hacıyevə həvalə edildi - FOTO
Sabunçu Tibb Mərkəzinin direktoru Nurəngiz Bəşirova ötən gün işdən çıxarılıb.
CəmiyyətKür çayının daşması məlumatları ilə bağlı RƏSMİ AÇIQLAMA
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) Kür çayının Zərdab rayonunun Şıxbağı, Əlibəyli və Əlibəyli kəndlərinin ərazisindən keçən hissəsində suyun birinci bəndi yararaq, bir neçə evi və əkin sahələrini basması barədə yayılmış məlumatlara münasibət bildirib.
CəmiyyətAzərbaycanda kimlərə ömürlük həbs verilmir? – Hakimdən cəzalara dair İZAH
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əsasən cinayətlər ictimai təhlükəliliyi və xarakterinə görə dörd kateqoriyaya bölünür.