Son dəqiqə
Global Cert: "Sertifikat sadəcə sənəd deyil, biznesin məsuliyyətidir"Kriştianu Ronaldunun "Əl-İttifaq"la matçda halı pisləşib - FOTO - VİDEOBakıda avtoxuliqanlıq edərək sosial şəbəkələrdə paylaşan şəxslər həbs edildilər - VİDEOOrdubadda qaya UÇDU, yolda hərəkət çətinləşdi: 32 ev qazsız qaldı - FOTOABŞ-nin Bakıdakı səfirliyi əşyalarını və avtomobillərini satışa çıxarır - FOTOBakıda zibillikdən butulka yığan limonad sexi BAĞLANDI
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Siyasət
  3. Naxçıvanın Nazirlər Kabinetinə yeni səlahiyyət verildi
Naxçıvanın Nazirlər Kabinetinə yeni səlahiyyət verildi
Siyasət

Naxçıvanın Nazirlər Kabinetinə yeni səlahiyyət verildi

8 aprel 2026
13:32
2 baxış
Paylaş:

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə yeni səlahiyyət verilib.

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə yeni səlahiyyət verilib.

Gundem.today President.az-a istinadən xəbər verir ki, bu, Prezident İlham Əliyevin fərmanı ilə "Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları"na edilən dəyişiklikdə əksini tapıb.

Fərmana əsasən, torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla Nazirlər Kabinetinin, Naxçıvan Muxtar Respublikasında torpaqlara münasibətdə isə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarı ilə həyata keçiriləcək. İndiyə qədər bu səlahiyyət sadəcə Nazirlər Kabinetində idi.

Kənd təsərrüfatı təyinatlı torpaq kateqoriyası daxilində əkin, çoxillik əkmələrin altında olan kənd təsərrüfatı yerlərinin məqsədli təyinatının bir-biri arasında dəyişdirilməsi halları istisna olmaqla, kateqoriya daxilində torpaqların məqsədli təyinatının dəyişdirilməsi Nazirlər Kabinetinin, Naxçıvan Muxtar Respublikasında torpaqlara münasibətdə isə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarı ilə həyata keçiriləcək.

Həmçinin, fərmana görə, 2026-ci il yanvarın 1-dək edilən müraciətlər əsasında istismarına icazə verilmiş qeyri-yaşayış təyinatlı tikinti obyektlərinin yerləşdiyi torpaqların kateqoriyasının dəyişdirilməsi həmin Fərmana uyğun olaraq həyata keçiriləcək. İndiyə qədər bu müddət 2025-ci il yanvarın 1-dək nəzərdə tutulmuşdu.

Həmin Fərmanla müəyyən edilmiş qaydada təqdim edilən vəsatət və ona əlavə olunan istismarına icazə verilmiş qeyri-yaşayış binasının (infrastruktur obyektinin) yerləşdiyi torpaq sahəsinin yer quruluşu planı əsasında torpaq sahəsinin kateqoriyasının dəyişdirilməsi barədə qərar qəbul edilir.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

Oxşar Xəbərlər

Şuşada Rəqabət Forumu keçiriləcək - Tarix açıqlandıSiyasət

Şuşada Rəqabət Forumu keçiriləcək - Tarix açıqlandı

Şuşa şəhərində Türk Dövlətləri Rəqabət Şurasının Rəqabət Forumu keçiriləcək.

Bu gün
16:160
Aleksey Overçuk: "Xəzərdə kruiz daşımalarının başlanılması perspektivlidir"Siyasət

Aleksey Overçuk: "Xəzərdə kruiz daşımalarının başlanılması perspektivlidir"

"Xəzər dənizində kruiz daşımalarının başlanması perspektivlidir".

Bu gün
15:460
İlham Əliyevdən Hikmət Babaoğlu ilə bağlı SƏRƏNCAMSiyasət

İlham Əliyevdən Hikmət Babaoğlu ilə bağlı SƏRƏNCAM

Hikmət Baba oğlu Məmmədov (Babaoğlu) "Şöhrət" ordeni ilə təltif edilib.

Bu gün
15:190
Azərbaycan və Rusiya arasında avtomobillə yükdaşımalarının həcmi açıqlanıb - FOTOSiyasət

Azərbaycan və Rusiya arasında avtomobillə yükdaşımalarının həcmi açıqlanıb - FOTO

"Ötən il Azərbaycan və Rusiya arasında avtomobillə yükdaşımalarının həcmi 5.4 milyon tondan artıq olub".

Bu gün
14:580