Son dəqiqə
Madaqaskarda prezidentə və həyat yoldaşına qarşı sui-qəsd cəhdiAzərbaycan Avropa çempionatında növbəti medalını qazandıArda Gülerdən "Real Madrid" azarkeşlərinə çağırışAzərbaycan və Rusiya rəsmiləri Ağbənd avtomobil körpüsünün tikintisi ilə tanış oldularYollarda görünüş məsafəsi məhdudlaşacaqPaytaxtın hansı küçələrində sıxlıq var? - FOTO - 16.04.2026
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Cəmiyyət
  3. Bakıda zibillikdən butulka yığan limonad sexi BAĞLANDI
Bakıda zibillikdən butulka yığan limonad sexi BAĞLANDI
Cəmiyyət

Bakıda zibillikdən butulka yığan limonad sexi BAĞLANDI

Bu gün
16:26
0 baxış
Paylaş:

Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, A.Pəri küçəsi, 303A ünvanında yerləşən limonad sexi ilə bağlı redaksiyamıza şikayət daxil olub.

Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, A.Pəri küçəsi, 303A ünvanında yerləşən limonad sexi ilə bağlı redaksiyamıza şikayət daxil olub.

Gundem.today-a daxil olan məlumatda iddia olunub ki, müəssisədə istehsal prosesi sanitar-gigiyenik normalara uyğun həyata keçirilmir.

Belə ki, içkilərin doldurulması üçün istifadə olunan plastik butulkaların ətraf ərazilərdəki tullantı yerlərindən yığıldığı, daha sonra adi şəraitdə yuyularaq yenidən istifadəyə verildiyi bildirilib.

Şikayətçi qeyd edib ki, bu proses zamanı heç bir dezinfeksiya və ya təhlükəsizlik qaydalarına riayət olunmur. Həmçinin məhsulların antisanitar şəraitdə qablaşdırıldığı və satışa çıxarıldığı iddia edilib.

Məlumata görə, müəssisədə çalışanların əksəriyyətini sosial cəhətdən həssas qruplara aid şəxslər təşkil edir və onların hüquqlarının qorunması ilə bağlı da problemlər mövcuddur.

Məsələ ilə bağlı Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Gundem.today-ın sorğusuna cavab olaraq bildirilib ki, agentliyinin əməkdaşları Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, A.Pəri küçəsi, 303A ünvanında fəaliyyət göstərən, fiziki şəxs Lətif Əlif oğlu İbrahimova məxsus alkoqolsuz içkilərin emalı müəssisəsində yoxlama keçiriblər.

Açıqlamada qeyd olunub ki, baxış zamanı texniki normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu məlum olub:

"Müəssisədə texnoloji ardıcıllıq prinsipinə, məhsulların və qablaşdırma materiallarının saxlanma şəraitinə riayət olunmadığı, etiketlənmə ilə bağlı tələblərin pozulduğu, xammalın saxlanması, ilkin emalı və hazır məhsulun soyudulması üçün sahələrin ayrılmadığı, emal zamanı qablaşdırmada şadlıq saraylarından geri yığılan şüşə butulkalardan istifadə olunduğu aşkarlanıb. Həmçinin müvafiq təmizlik işlərinin görülmədiyi, avadanlıq və işçi masaların korroziyaya məruz qaldığı və digər sanitar-gigiyenik və sanitar-texniki tələblərin pozulduğu müəyyən edilib".

Açıqlamada vurğulanıb ki, faktla bağlı müəssisənin rəhbərliyi barəsində inzibati protokol tərtib olunub, nöqsanlar aradan qaldırılanadək istehsal dayandırılıb:

"Məhsullardan nümunələr götürülərək təhlükəsizlik göstəricilərinin yoxlanılması məqsədilə laboratoriyaya təqdim edilib".

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Cəmiyyət#Fəaliyyətin_məhdudlaşdırılması#Nöqsanların_aşkarlanması#Suraxanı_rayonu#Suraxanı_qəsəbəsi#Limonad_sexi#Azərbaycan_Qida_Təhlükəsizliyi_Agentliyi_(AQTA)

Oxşar Xəbərlər

Yollarda görünüş məsafəsi məhdudlaşacaqCəmiyyət

Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Aprelin 17-də gecə və səhər saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.

Bu gün
17:500
Paytaxtın hansı küçələrində sıxlıq var? - FOTO - 16.04.2026Cəmiyyət

Paytaxtın hansı küçələrində sıxlıq var? - FOTO - 16.04.2026

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.

Bu gün
17:490
Ailə başçısını itirən tələbələrlə bağlı VACİB QƏRARCəmiyyət

Ailə başçısını itirən tələbələrlə bağlı VACİB QƏRAR

Ailə başçısını itirməyə görə aylıq pensiya və ya müavinət alan ailənin əyani təhsil alan övladlarına bu sosial ödəniş onların 23 yaşı tamam olanadək ödənilir. Bunun üçün əgər əvvəllər onlardan oxuduqları təhsil müəssisələrindən hər il arayış təqdim etmələri tələb olunurdusa, artıq bu tələb ləğv edilib.

Bu gün
17:420
Zaqatalada 1 600-dən çox abonentin qaz təchizatı dayandırılacaqCəmiyyət

Zaqatalada 1 600-dən çox abonentin qaz təchizatı dayandırılacaq

Zaqatala xidmət sahəsində aprelin 17-də saat 11:00-dan etibarən Muxax və Zəyəm kəndlərində ümumilikdə 1 685 abonentin qaz təchizatı dayandırılacaq.

Bu gün
17:360