
Nazirdən yetkinlik yaşına çatmayanlarla bağlı TƏLƏB
Daxili işlər nazir general-polkovnik Vilayət Eyvazov yetkinlik yaşına çatmayanların hüquqazidd əməllərdən çəkindirilməsi üçün profilaktik addımların davam etdirilməsini tələb edib.
Daxili işlər nazir general-polkovnik Vilayət Eyvazov yetkinlik yaşına çatmayanların hüquqazidd əməllərdən çəkindirilməsi üçün profilaktik addımların davam etdirilməsini tələb edib.
Gundem.today-ın məlumatına görə, o, kollegiya iclasında bildirib ki, bəzi ərazi orqanlarının fəaliyyətində müəyyən nöqsan və çatışmazlıqlar mövcuddur.
Nazir onların aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsini, xüsusən yetkinlik yaşına çatmayanların hüquqazidd əməllərdən çəkindirilməsi üçün profilaktik işin gücləndirilməsini, onların sosial şəbəkələrin zərərli təsirlərindən qorunması məqsədilə aidiyyəti dövlət qurumları və vətəndaş cəmiyyəti institutları ilə birgə maarifləndirmə tədbirlərinin daha məqsədyönlü davam etdirilməsini tələb edib.
DİN rəhbəri, eyni zamanda, əməliyyat-xidməti fəaliyyətin bir sıra vacib istiqamətləri və aktual məsələləri üzrə konkret tapşırıq və tövsiyələrini verib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Cəmiyyət"Son zəng"in keçiriləcəyi tarix AÇIQLANDI
Bu il bütün dövlət ümumtəhsil müəssisələrində ənənəvi "Son zəng" tədbiri iyunun 13-də keçiriləcək.
CəmiyyətBDU-da "Danışır təcrübə" layihəsinin növbəti qonağı "APA Media Group"un baş direktoru Vüsalə Mahirqızı olub - VİDEO
Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə keçirilən "Danışır təcrübə" layihəsinin növbəti qonağı Mətbuat Şurasının İdarə Heyətinin üzvü, "APA Media Group"un baş direktoru, Əməkdar jurnalist Vüsalə Mahirqızı olub.
Cəmiyyət53 nömrəli marşrutun avtobusları yenilənir
53 nömrəli şəhərdaxili marşrut üzrə bütün avtobuslar yenilənir.
CəmiyyətDövlət Su Ehtiyatları Agentliyi Kür və bəzi dağ çaylarında son vəziyyəti açıqlayıb
Kür çayının Zərdab rayonunun ərazisindən keçən hissəsində suyun səviyyəsi ötən günlə müqayisədə 11 santimetr artaraq 893, Sabirabad rayonu ərazisində 7 santimetr artaraq 751, Şirvan ərazisində 16 santimetr artaraq 557, Salyan rayonu ərazisində 20 santimetr artaraq 685, Neftçala rayonu ərazisində isə 4 santimetr artaraq 190 santimetr olub.