
Neft-qaz şirkətləri ilə əməkdaşlıq etmək istəyən KOB subyektlərinin nəzərinə
Neft-qaz sənayesinin təchizat zəncirində KOB-ların iştirak imkanlarının genişləndirilməsi məqsədilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) "Caspian Oil and Gas" sərgisində xüsusi stend təşkil edəcək.
Neft-qaz sənayesinin təchizat zəncirində KOB-ların iştirak imkanlarının genişləndirilməsi məqsədilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) "Caspian Oil and Gas" sərgisində xüsusi stend təşkil edəcək.
Gundem.today xəbər verir ki, 1-3 iyun tarixlərində Bakı Ekspo Mərkəzində 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi (Caspian Oil & Gas) keçiriləcək. Sərgidə neft, qaz və energetika sahəsində fəaliyyət göstərən yerli və beynəlxalq aparıcı şirkətlər bir araya gələcəklər.
Kiçik və orta biznes subyektlərinin (KOB) neft-qaz sektorunun təchizat zəncirində iştirakının artırılması, bu sahədə əməkdaşlıq imkanlarının genişləndirilməsi və KOB-ların məhsul və xidmətlərinin tanıdılması məqsədilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) bu il də sərgidə KOB-ların iştirakı üçün stend quracaq. Sözügedən stenddə ödənişsiz olaraq məhsul və xidmətlərini təqdim etmək istəyən KOB-lar mayın 25-dək müvafiq formanı dolduraraq agentliyə müraciət edə bilərlər (https://smb.gov.az/az/nav/sergilerde-istiraka-destek). Müraciət formasında "İştirak etmək istədiyiniz tədbir" bölməsində "Caspian Oil and Gas 2026" qeyd olunmalıdır.
KOB subyektlərinin sərgidə iştirakı onların neft-qaz və energetika sektorunda fəaliyyət göstərən aparıcı şirkətlərlə birbaşa əlaqələr qurmasına, məhsul və xidmətlərinin geniş auditoriyaya tanıdılmasına, potensial təchizatçı kimi fəaliyyət imkanlarının genişləndirilməsinə, eləcə də yeni əməkdaşlıq və tərəfdaşlıq imkanları əldə etməsinə şərait yaradacaq. Neft-qaz və energetika sahəsində fəaliyyət göstərən və ya bu sektora məhsul və xidmət təqdim etmək potensialına malik KOB subyektləri sərgidə iştirak imkanından yararlanmağa dəvət olunurlar.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İqtisadiyyatMonteneqroda bir azərbaycanlının əməyi istismar olunub - RƏSMİ
Bir azərbaycanlı şəxs Monteneqroda tikinti sektorunda istismar edilib.
İqtisadiyyatAzərbaycan nefti ucuzlaşıb
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan nefti ucuzlaşıb.
İqtisadiyyatABŞ-də benzin böhranı: Qiymətlər kəskin artır
ABŞ-nin 50 ştatından yalnız birində bir qallon (3,79 litr) benzinin orta qiyməti 4 dollardan aşağı səviyyədə qalır.
İqtisadiyyatKOBİA-da Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib - FOTO
Yeni Azərbaycan Partiyasının (YAP) Nərimanov rayon təşkilatının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) ərazi partiya təşkilatının təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.