Son dəqiqə
Bakı turistləri mat qoydu: Alman, hind və türkiyəli qonaqlar nəyə heyran qaldılar? - VİDEOKöhnə mənzillərin bahalaşması niyə səngidi? - Ekspertlərdən açıqlama - VİDEOƏrdoğanla Tramp arasında telefon danışığı olub"Qalatasaray" derbidəki inamlı qələbəsi ilə çempionluğun bir addımlığında"Qalatasaray" derbidəki inamlı qələbəsi ilə çempionluğun bir addımlığında - VİDEOPolşalı qadından sumqayıtlı sevgilisinə ağır ittihamlar: 25 min dollar necə yoxa çıxdı? - VİDEO
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. İdman
  3. "Neftçi"nin məşqçisi: "Qarabağ"la aramızda səviyyə fərqi var"
"Neftçi"nin məşqçisi: "Qarabağ"la aramızda səviyyə fərqi var"
İdman

"Neftçi"nin məşqçisi: "Qarabağ"la aramızda səviyyə fərqi var"

Bu gün
22:36
0 baxış
Paylaş:

"Qarabağ"la aramızda səviyyə fərqi var. Biz də o mərhələyə çatmaq istəyirik. Bu, asan məsələ deyil. Çalışmalı, hər gün məşq etməliyik. Boşluqlar olarsa, o gücə çatmaq mümkün deyil. Futbolçular bunu nə qədər tez dərk etsələr, nəticələr də bir o qədər yaxşı olar. Belə rəqibə qarşı oynayanda tək motivasiya və keyfiyyət kifayət etmir, meydanda maksimum güc sərf etmək lazımdır.

"Qarabağ"la aramızda səviyyə fərqi var. Biz də o mərhələyə çatmaq istəyirik. Bu, asan məsələ deyil. Çalışmalı, hər gün məşq etməliyik. Boşluqlar olarsa, o gücə çatmaq mümkün deyil. Futbolçular bunu nə qədər tez dərk etsələr, nəticələr də bir o qədər yaxşı olar. Belə rəqibə qarşı oynayanda tək motivasiya və keyfiyyət kifayət etmir, meydanda maksimum güc sərf etmək lazımdır.

Gundem.today AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri "Neftçi"nin məşqçisi Vitali Vernidub Azərbaycan Premyer Liqasının XXIX turunda "Qarabağ"a 1:5 hesabı ilə uduzduqları oyunun mətbuat konfransında deyib.

Məşqçi rəqibin yarımmüdafiə xəttinə qarşı hazırlaşdıqlarını vurğulayıb: "Əlbəttə, oyuna hazırlaşmışdıq. Rəqibi təhlil etmişdik. Kadi Borges və Yankoviç kimi futbolçular Çempionlar Liqasında səviyyələrini göstəriblər. Bizim oyunçular da özlərinə sual verməlidirlər: onlar da belə oynaya bilərdilərmi? Biz məşqçilər də düşünməliyik ki, bu cür oyunlarda taktiki baxımdan nələri yaxşılaşdıra bilərik. Hər kəs bunu qəbul etməli və başa düşməlidir. Hər futbolçu öz ambisiyasını klubdan üstün tutmamalıdır. "Neftçi" futbolçulardan böyükdür".

V.Vernidub "Qarabağ"ın hücumçusu Musa Qurbanlının oyununa da toxunub: "Rəqibi təhlil etmişdik. Sadəcə Musa bəzi epizodlarda müdafiəni yara bildi. İlk növbədə öz oyunumuzu təhlil etməli və nəticə çıxarmalıyıq. Bu hesabla bağlı azarkeşlərdən üzr istəyirəm".

Mütəxəssis növbəti oyunla bağlı ümidli olduğunu bildirib: "Hazırlaşacağıq və ümid edirəm ki, istədiyimiz nəticəni qazanacağıq".

O, məğlubiyyətin psixoloji təsirlərinin ola biləcəyini də qeyd edib: "Belə təsirlər qaçılmazdır. Lakin peşəkar futbolçular bu cür vəziyyətlərdən çıxmağı bacarmalıdır".

Məşqçi komandada intizamsızlıqla bağlı fikirləri də təkzib edib: "Belə bir şey yoxdur. "Neftçi" böyük klubdur. Futbolçuların fərqli ambisiyaları ola bilər, amma hamı klubun hədəfləri üçün çalışmalıdır. Hər kəs anlamalıdır ki, "Neftçi"də oynamaq böyük üstünlükdür".

Qeyd edək ki, xallarını 59-a çatdıran "Qarabağ" turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. "Neftçi" isə 44 xalla beşincidir.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#İdman#UEFA_Çempionlar_Liqası#Azərbaycan_Premyer_Liqası_(Misli_Premyer_Liqası)#Qarabağ_FK#Neftçi_PFK

Oxşar Xəbərlər

"Qalatasaray" derbidəki inamlı qələbəsi ilə çempionluğun bir addımlığındaİdman

"Qalatasaray" derbidəki inamlı qələbəsi ilə çempionluğun bir addımlığında

Türkiyə Super Liqasında XXXI turun oyunları davam edir.

Bu gün
23:080
"Qalatasaray" derbidəki inamlı qələbəsi ilə çempionluğun bir addımlığında - VİDEOİdman

"Qalatasaray" derbidəki inamlı qələbəsi ilə çempionluğun bir addımlığında - VİDEO

Türkiyə Super Liqasında XXXI turun oyunları davam edir.

Bu gün
23:080
Azərbaycan güləşçiləri Avropa çempionatını 13 medalla başa vurublarİdman

Azərbaycan güləşçiləri Avropa çempionatını 13 medalla başa vurublar

Azərbaycan güləşçiləri Albaniyanın paytaxtı Tiranadakı Avropa çempionatını 13 medalla başa vurublar.

Bu gün
22:120
Qurban Qurbanov: "Neftçi" ilə oyunlar üçün əlavə motivasiyaya ehtiyac olmur"İdman

Qurban Qurbanov: "Neftçi" ilə oyunlar üçün əlavə motivasiyaya ehtiyac olmur"

"Neftçi" ilə matçlar hər zaman maraqlı keçir".

Bu gün
21:560